Hazırlıq addımları
-
Pesto sousu üçün sürtkəcdən keçirilmiş parmezan, indau, sarımsaq, sidr qozu, pişikotu yarpaqları, zeytun yağı və reyhan lazımdır. Onu yaxşı qarışdırın. Daha duru konsistensiya üçün bir qədər su əlavə etmək olar.
-
2 dilim çörəyə pesto sousu yaxın. Onları əvvəlcədən 200°С-dək qızdırılmış sobaya 4-5 dəqiqə qoyun.
-
Mayeni süzdükdən sonra qarğıdalını çerri pomidorla birlikdə tavaya qoyun və bir qədər pesto sousu əlavə edin..
Hamsı birlikdə qəhvəyi rəng alana və xırçıltılı olana qədər saxlayın. Duz və istiotla ədviyyələndirin -
Qızarmış çörəkləri sobadan çıxarın və üzərinə isti qarğıdalı ilə birlikdə çerri pomidoru və pişikoti əlavə edin. Yumşaq olması üçün otaq temperaturunda yarım saat saxlanmış burrata pendirini üzərinə əlavə edin. Burrata pendirinə pesto sousu çəkin. Reyhan yarpaqları ilə bəzəyin.