Qızardılmış pendir – "smazeny syr"
Çexiyanın unlanmış şəkildə qızardılmış, fri kartofu və sousla verilən pendir şəklində dadlı yeməyi.
Qızardılmış pendir – "smazeny syr"
İNGREDİYENTLƏR
-
400 qr bərk sarı pendir
-
1 yumurta və sürtgəçdən keçirilmiş bulka
-
Duz,istiot,paprika (istəyə görə basqa ədviyyalarda istifadə oluna bilər
-
Qızartmaq üçün zeytun və ya başqa bitki yağı
Hazırlıq addımları
-
Addım 1
Pendiri qalınlığı təxminən 1-1,5 sm olan dilimlərə doğrayın
-
Addım 2
Yumurtanı ədviyyatlarla qarışdırın
-
Addım 3
Pendiri ədviyyatlarla qarışdırılmış yumurtaya batırın və sürtgəcdən keçirilmiş bulkada unlayın
-
Addım 4
Pendirin yumşaq olması üçün tavada yayılmamaq şərtilə bir neçə dəqiqə qızardın
-
Addım 5
Salat yarpağı üzərində, fri kartofu və istənilən əlavələrlə, məsələn, tatar sousu ilə verin.