Şirin qarğıdalı ilə qrildə bişmiş qızılbalıq

Sizin zövqünüzü oxşayacaq dadlı yemək

Hazırlıq addımları

  • Əvvəlcə bir ədəd bolqar bibərini kubik şəklində, digərini isə xırda tikələr şəklində doğrayın, soğan, limon və laymı ikiyə bölün. Qızılbalığa duz, istiot, ədviyyat, rozmarin, zeytun yağı və limon şirəsi vurun. Qızdırılmış qrilə az miqdarda yağ səpin, sonra qızılbalığı yarım ədəd limonla yerləşdirib, qrildən və balığın qalınlığından asılı olaraq, 5-8 dəqiqə saxlayın, limonun digər yarısını isə qızılbalığın üzərinə sıxın.

  • Balığın qarnirini hazırlayın. Xırda doğranmış soğanı zeytun və kərə yağı qatışığında qızardın, bolqar bibərinin kubiklərini əlavə edin, duzunu və istiotunu vurun. Bankadakı qarğıdalını mayesiz soğanın üzərinə əlavə edin, qarışdırın və üzərinə ağ şərab tökün. 3 dəqiqədən sonra bal, şirin çili sousu, 1 stəkan tərəvəz bulyonu əlavə edin, üzərinə cəfəri səpin və 5-10 dəqiqə, bolqar bibəri yumşalanadək bişirin.

  • Qızılbalıq üçün sousu hazırlayın. Bunun üçün günəbaxan toxumlarını yağda qızdırın, üzərində bolqar bibərinin tikələrini, ağ şərabı, duz və istiotu əlavə edin. Sonra Fransa xardalını, balı və tərəvəz bulyonunu əlavə edin. Yaxşı qaynadın, sonra qarışdırın. Boşqaba və ya platonun üzərinə bibərlə qarğıdalını qoyub, sonra qızılbalığı və bibər sousunu əlavə edin. Albalı budağı, rozmarin yarpaqları, mikroqrin və qırmızı turpla bəzəyin.

Sizi maraqlandıra biləcək reseptlər

Şirin qarğıdalı ilə qrildə bişmiş qızılbalıq
2 nəfər 30-45 dəq Çətin
İNGREDİYENTLƏR
  • 1 banka (340 q ) şirin qarğıdalı Bonduelle
  • 2 tikə (400 q) qızılbalıq
  • 2 ədəd bolqar bibəri
  • 1 ədəd limon
  • 1 ədəd laym
  • 1 böyük soğan
  • 1 ədəd albalı budağı
  • 2 stəkan tərəvəz bulyonu
  • 1 stəkan ağ şərab
  • 5 x.q. zeytun yağı
  • 3 x.q. bal
  • 3 x.q. Fransa xardalı
  • 2 x.q. Kərə yağı
  • 2 x.q. şirin çili sousu
  • 3 ədəd rozmarin budağı
  • 1/2 stəkan günəbaxan tumu
  • 1 ədəd qırmızı turp
  • 1/2 cəfəri
  • mikro-göyərti
  • duz
  • istiot
Hazırlıq addımları
  • Addım 1

    Əvvəlcə bir ədəd bolqar bibərini kubik şəklində, digərini isə xırda tikələr şəklində doğrayın, soğan, limon və laymı ikiyə bölün. Qızılbalığa duz, istiot, ədviyyat, rozmarin, zeytun yağı və limon şirəsi vurun. Qızdırılmış qrilə az miqdarda yağ səpin, sonra qızılbalığı yarım ədəd limonla yerləşdirib, qrildən və balığın qalınlığından asılı olaraq, 5-8 dəqiqə saxlayın, limonun digər yarısını isə qızılbalığın üzərinə sıxın.

  • Addım 2

    Balığın qarnirini hazırlayın. Xırda doğranmış soğanı zeytun və kərə yağı qatışığında qızardın, bolqar bibərinin kubiklərini əlavə edin, duzunu və istiotunu vurun. Bankadakı qarğıdalını mayesiz soğanın üzərinə əlavə edin, qarışdırın və üzərinə ağ şərab tökün. 3 dəqiqədən sonra bal, şirin çili sousu, 1 stəkan tərəvəz bulyonu əlavə edin, üzərinə cəfəri səpin və 5-10 dəqiqə, bolqar bibəri yumşalanadək bişirin.

  • Addım 3

    Qızılbalıq üçün sousu hazırlayın. Bunun üçün günəbaxan toxumlarını yağda qızdırın, üzərində bolqar bibərinin tikələrini, ağ şərabı, duz və istiotu əlavə edin. Sonra Fransa xardalını, balı və tərəvəz bulyonunu əlavə edin. Yaxşı qaynadın, sonra qarışdırın. Boşqaba və ya platonun üzərinə bibərlə qarğıdalını qoyub, sonra qızılbalığı və bibər sousunu əlavə edin. Albalı budağı, rozmarin yarpaqları, mikroqrin və qırmızı turpla bəzəyin.