Hazırlıq addımları
-
Köpük əmələ gələnədək mikser vasitəsilə yumurtanı şəkər tozu ilə birlikdə çalın. Daim qarışdıraraq tədricən yağ əlavə edin. Vanil şəkərini, vanil paxlasın, duz və yağlı yoqurtu əlavə edin.
-
Tədricən qarğıdalı unu və ələnmiş buğda ununu qabardıcı ilə birlikdə əlavə edin və yaxşıca qarışdırın. Ən sonda süzülmüş qarğıdalı dənələrini və limon qabığını əlavə edin.
-
Bişirmək üçün şüşə qabı azca kərə yağı ilə yağlayın və un səpin, daha sonra bütün qarışığı əlavə edin. Sobada 160°С temperatuda 40-50 dəqiqə bişirin. Piroqu nar və şəkər kirşanı ilə bəzəyin.