Hazırlıq addımları
-
Badımcanları yuyun və kağız dəsmalla qurudun. Saplaqlarını kəsin və onları uzununa dilimləyin. Hər iki tərəfinə duz, istiot vurun, sonra una batırın. Onları tavaya düzüb, günəbaxan yağında qızılı rəng alanadək 1-2 dəqiqə qızardın. Artıq yağın süzülməsi üçün onları salfetin üzərinə yığın.
-
Tər reyhan, pişikotu, sarımsaq, ayetun yağı, sürtgəcdən keçirilmiş parmezan, sidr qozaları, duz və istiotdan pesto sousu hazırlayın. Bircins kütlə alınanadək bütün inqrediyentləri blenderlə çalın.
-
Tavada az miqdarda günəbaxan yaxud kərə yağını qızdırın və İmperatorskaya tərəvəz qatışığını 3 dəqiqə ərzində qızardın, karri, duz, istiot və zövqə görə ədviyyat qatışığı əlavə edin.
-
Hər bir badımcan dilimini götürün, üzərinə tərəvəz qoyun, sonra bürmələyin.