Təzə şampinyonlardan salat
Ailənizi dadlı yay salatı ilə sevindirin!
Təzə şampinyonlardan salat
İNGREDİYENTLƏR
-
500 qr təzə şampinyon
-
200 qr yerkökü
-
200 qr- feta və ya maskarpone pendiri
-
2 əd. sarımsaq
-
200 qr yoqurt
-
100 qr cəfəri
-
5 x.q sirkə
Hazırlıq addımları
-
Addım 1
Şampinyonları dilimləyin. duz səpin, sirkə, pendir, qatıq əlavə edin və 15 dəqiqəlik soyuducuya qoyun.
-
Addım 2
Kökü rəndələyin, sarımsağı və cəfərini xırda-xırda doğrayın. Qarışdırın.
-
Addım 3
Soyuducudan qarışığı çıxarın, kökü əlavə edin, zövqə görə ədviyyat qatın. Salatı gözlətmək üçün 30-60 dəqiqəlik soyuducuya qoyun və soyuq şəkildə süfrəyə verin.
-
Addım 4
Bütün inqrediyentlərin miqdarı gözə yarı göstərilib. Sizdə sınayın! Və... nuş olsun!