Hazırlıq addımları
-
Yuyulmuş və qurudulmuş kahı yarpaqlarını əlinizlə xirda xirda doğrayın .
-
Toyuq ətini xırda xırda doğrayın və qızdırılmış duru yağda qızardın, duz və istiot əlavə edin .
-
Zeytun yağını yumurtanın sarısı,xardal, limon suyu,xırda xırda doğranmış sarımsaq və sürtgəçdən keçirilmiş parmezan pendiri ilə qarışdırın, zövqünüzə görə duz,istiot və şəkər əlavə edilə bilər.
-
Kublara doğranmış batonu xırda doğranmış sarımsaq ilə qızardın ( və ya hazır olan baton kublaını sarımsaq ilə sürtün).
-
Kahı yarpaqlarının üzərinə hazır olan toyuq parçalarını və qızardılmış və doğranmış baton çörəyini yayın və üzərinə hazır souzu və parmezan pendirini ılavı edin.