Ağ lobya

100 qr ağ lobya - 102 kkal

Tərkibinə dəmir, kalsium, maqnezium, protein və E vitamini daxildir

Enerji ilə dolu toxum

Lobyalar dəmir mənbəyidir. Dəmir çatışmazlığı olan insanlar zəif və halsız olurlar. Xüsusilə, hamilə qadınlar, xəstəlikdən təzə sağalanlar, eləcə də böyüməkdə olan uşaqlar və gənclər dəmir çatışmazlığı riski ilə üzləşirlər. Dəmirin daha yaxşı həzmi üçün, lobyanı C vitamini ilə zəngin tərəvəzlərlə yemək tövsiyyə olunur.

Qüvvətli ikili

Ağ lobyalar kalsium və maqneziumdan ibarətdir. Bu iki tamamlayıcı elementlər qüvvətli dişlər və sümüklər üçündür.

Kral toxum

Lobya toxumu Epifaniya bayramı ənənəsinə də öz töhfələrini vermişdir. Çox illər, Fransa və İspaniya kimi ölkələrdə ailələr içində bircə lobya olan xüsusi tortu bölüşürmüşlər. Yerli ənənəyə görə, həmin toxumu tapan adam qonaqlığın kralı olur və ya hesabı ödəyir.

Dünya kraliçası

Lobya bitkisinin yaşının 8000 olması təxmin edilir. O, qarğıdalı və balqabaq ilə yanaşı, Kolumbya qədərki Amerikan mətbəxinin “üç bacı”larından biridir. “ayakolt”, yəni lobyanı qarğıdalı ilə birgə əkirdilər ki, qarğıdalı dırmaşmaq üçün dirək rolunu oynayıb. Hazırda isə, lobya dünyada bitki proteinin ilkin mənbələrindəndir. Bütün mədəniyyətlərin mətbəxində rast gəlinə bilər. Lobyanın 30.000 növü vardır, onlardan 500-ü yetişdirilən sortlardır.

Ağ lobya vs futbol

Lobya qidalı supların – fransız kasulesi, ispan fabadası və Braziliya feyjoadasının, eləcə də, italyan “Pasta e Fagioli”sinin, soyuq və isti salatların inqrediyentidir. Ola bilərmi ki, lobyanın bədən formasına və futbolçuların bacarıqlarına təsiri bu ölkələrin futboldakı uğurları ilə bağlı olsun? Elədirsə, bu sirr çox gizli saxlanılır.



Bu təvəzdən hazırlanan məhsullar

Ağ lobya

Ağ lobya

400 G
Bişmiş lobya

Bişmiş lobya

540 G