Badımcan

100 qr badımcan - 18 kkal

Badımcanın tərkibində lif, kalsium, kalium, fosfor, PP, A, B1, B2 vitaminləri var.

Ürəyə xeyri

O, qanda xolestrolun miqdarını azaldan tərəvəzlərdən biridir.

...və beyin işləyir

Badımcanın tərkibində beyin hüceyrələrini zədədən qoruyan antioksidantlar var. Antioksidantlar beyini azad radikallardan müdafiə edir, qidalandırıcı elementlərin hərəkətinə və toksinlərin kənarlaşdırılmasına kömək edir.

Gülümsə!

5-ci əsrdə Çində eleqant qadınların tünd gümüşü rəngdə dişlərə malik olması dəb idi. Bu rəngli dişləri badımcanın qabığını sürtməklə əldə edirdilər.

Şərqi növ

Hələ eramızdan əvvəl 5-ci əsrdə Çin və Hindistanda badımcan becərilirdi. Böyük karvanlar onları Şimali Afrikaya aparmış, oradan isə Ərəb istilaçıları ilə birlikdə İspaniyaya irəliləmişdir. Orta əsrlərdə ondan dekorativ bitki kimi istifadə edilmişdir, çünki həkimlər badımcanın hərarətə və epilepsiyaya səbəb olduğunu düşünürdü. Bir müddət sonra, badımcan Şərq və Aralıq dənizi mətbəxində ən vacib tərəvəz oldu.


Bu tərəvəzdən hazırlanan reseptlər

Ratatuy - Fransadan tərəvəz yeməyi

Ratatuy - Fransadan tərəvəz yeməyi

Ratatuy- bütün dünyada tanınan tərəvəz yeməyi.

4 nəfər 45 deq çox Asan