100 qr balqabaqda – 19 kkal
Balqabağın tərkibində sellüloza, protein, karotin, kalsium, dəmir, maqnezium, fosfor və həmçinin , A, B1, B2, PP və C vitaminləri vardır.
Arıqladan balqabaq
Tərkibində çoxlu sellüloza və su olduğu üçün balqabaq pəhrizlərdə istifadə olunur. O, həzm proseslərini yaxşılaşdırır, toksinləri və başqa zərərli maddələri xaric edir və orqanizmdəki su mübadiləsini qaydaya salır.
Dəyərli tərkibli balqabaq
Balqabağın tərkibində dəyərli mineral duzlar və vitaminlər var. Balqabağın içində həmçinin çox dəyərli olan tumlar vardır. Tumların tərkibində protein, omeqa-3 yağlı turşular, selen, maqnezium, sink, C vitamini və B qrup vitaminləri vardır. Onlar həmçinin sidik yollarının infeksiyası müalicəsində kömək edir və sidikqovucu effektə malikdir. Balqabaq tumları iltihabi proseslərlə mübarizə aparır, ödqovucu və antiparazitar effektə malikdir.
Nəhəng balqabaqlar
İsveçrədə hər il ən böyük balqabağı seçmək məqsədilə yarış aparılır. İldən ilə yarışda iştirak edən balqabaqların ölçüsü böyüyərək artıq 450 kiloya çatıb.
Kelt festivalı
Hər adam bilmir ki, bu gün populyar olan Amerikan Heloyin festivalı 31 oktyabr tarixində bütün müqəddəslər gününü qeyd edən Keltlər tərəfindən təşkil olunmuşdu. Onlar inanırdılar ki, ölülərin ruhları həmin gün yaşıyan insanların bədənlərinə qayıdırdılar və bu səbəbdən bayram ərəfəsində iblisləri qorxutmaq məqsədilə maskalar və kostyumlar geyinirdilər. Yandırılmış tonqalcıqların qabağında rəqs etməklə onlar inanırdılar ki, ölülərin ruhlarını hürküdüb qaçırırlar. Festival Amerikaya XIX əsrdə irlandiya immiqrantları tərəfindən qətirildi.