100 qr bibər - 26 kkal
Siqaret çəkənlərin xilası
Aktiv və arabir siqaret çəkənlərin diqqətinə - menyunuzda bibərin olması xərçəng və emfizema riskini azaldır.
Rəngli müdafiə
Cəfəri yarpaqlarından sonra, bibərlər tərəvəzlər arasında C vitaminin ən zəngin mənbəyidir. 200 qr bibər yetkin yaşlılar üçün günlük C vitamini tələbatını ödəyir. Bununla yanaşı, bibərlərin vitamin A bazası da var ki, bu azad radikallardan müdafiə edir. Bu mükəmməl duet xolestrol yığılmasının qarşısını alır, beləliklə skleroz və ürək xəstəliyindən qoruyur. O həmçinin, xərçəng, katarakt və artritin qarşısını alır.
Ülgüc kimi kəskin
Skovill şkalası 1912-ci ildən mövcuddur - bibərlərin acılıq dərəcəsini ölçmək üçün şkaladır.Bir zamanlar Amerikada
Bibər Amerikada becərilən ən qədim tərəvəz hesab olunur. Onların 5000 il yaşı olan toxumlarına rast gəlinir. Bibərin vətəni Perudur. Qarğıdalı, lobya və balqabaq ilə yanaşı, onlar da əsas Kolumbdan əvvəlki tərəvəzlərdən biridir. Avropaya Kolumbun həkimi tərəfindən gətirilib. 16-cı əsrdən Avropadan Balkanlara və Aralıq dənizi mətbəxinə gedib çıxmışdır. Bundan əlavə, o, Macarların milli tərəvəzi və ədviyyatıdır.
Musiqili tərəvəz
Acı bibər növlərindən biri, silkələnərkən çıxardığı səsə görə - “Kaskabel” - “zınqırovların zəngi” adlanır.