Kartof

100q kartofda – 90 kkal.

Kartof bir çox vitaminlərlə zəngindir: B1, B2, B6, PP və C. Bundan əlavə tərkibində zülal və karbohidratlar, kalsium, kalium, fosfor və maqnezium kimi faydalı maddələr mövcuddur.

Şeytan bitkisi və dekorativ vasitə

Kartof yüzillər boyu hindu tayfaları tərəfindən istifadə olunub. Avropa isə bu bitki ilə XVI əsrdə tanış olub. Lakin kartofun kök yumrularının istifadəsi bir çox xəstəliklərin yayılmasına səbəb olmuşdu. Həm bu səbəbdən, həm də gözəl çiçəklərə sahib olduğu üçün kartof dekorativ bitki kimi istifadə olunurdu. Bu vəziyyət XVII və XVIII əsrlərə qədər davam edib.

Hazırlanma qaydası

Hal-hazırda dünya mətbəxini onsuz təsəvvür etmək mümkün deyil. Kalori dəyəri az olsa da makaron və sıyıqla müqayisədə beş dəfə daha çox kaloriya malikdir. Qabığının altında çoxlu sayda mineral komponentlər və vitaminlər mövcuddur. Daxili hissəsi isə əsasən nişasta ilə zəngindir. Kartof salatlarda, supda, qızardılmış, qaynadılmış və ya fri şəklində istifadə olunur. Bəzi kartof növləri isə daha yumşaqdır və əsasən kartof püresi və ya duru şorbaların hazırlanmasında istifadə olunur.

Kartof – cinsi aktivlik

Kartof Avropada yeni kəşf olunan vaxtlar cinsi aktivlik üçün ideal dərman hesab olunurdu. Buna görə də dəyəri yüksək qiymətləndirilirdi. Hətta indiki pulla kiloqramı 2000 dollara bərabər idi.

Yüngül və dəyərli

Kartofun tərkibindəki kalsium və kalium xörək duzunun orqanizmimizə təsirini zəiflədir. Bundan əlavə kartofun tərkibindəki maqnezium ürək fəaliyyətini gücləndirir və bu da öz növbəsində stresslə mübarizədə effektiv vasitə hesab olunur. Stressdən əziyyət çəkən insanlara kartof istifadə etmək tövsiyə olunur. Bu qida maddələri mədə-bağırsaq traktının işinə faydalı təsir göstərir. Fosfor dişlərimizə və diş ətlərimizə faydalı olub, həmçinin böyümə prosesinə müsbət təsir göstərdiyi üçün uşaqların qida rasyonunda vacib elementlərdən biri hesab olunur. Dəmirin immuniteti möhkəmləndirmək və mənfi əhval-ruhiyyəni aradan qaldırmaq kimi bir çox faydaları mövcuddur.



Bu təvəzdən hazırlanan məhsullar

“Olivye” Tərəvəz qarışığı

“Olivye” Tərəvəz qarışığı

310 G