Qarğıdalı

100 q qarğıdalı – 97 kkal

Onun tərkibində kifayət qədər  karbohidratlar, qida lifləri, protein, böyük miqdarda B qrupu vitaminləri və E vitamini, kalium, fosfor, maqnezium, dəmir, sink var. 

Cavanlıq eliksiri

Qarğıdalının tərkibində olan böyük miqdarda maqnezium, orqanizmin qocalma prosesi ilə bağlı olan çoxlu xəstəlikləri müşaiyət olan bu elementin catışmazlığını əla şəkildə bərpa edir. Qarğıdalının 150 qramı böyuklərin B1 vitamini tələbatının təxminən 25%-i qarşılayır. Onun tərkibində həmçinin aparıcı anti-toksin olan E vitamini var ki, bu vitamin skleroza qarşı qoruyur. Qarğıdalını gündəlik menyuya daxil edilməsi ürək xəstəliyi və xərçəng riskini azaldır. Qarğıdalıda olan karbohidratlar piy yığınlarını yaratmadan orqanizmi enerji ilə təmin edir.

İncə və sakit

Qarğıdalı anti-stress effektinə malikdir. O, B qrupu vitaminlərlə, xüsusən əsəb sisteminin, əzələlərin, ürəyin düzgün fəaliyyətinə və qırmızı qan hüceyrələrinin yaradılmasına müsbət təsir edən B1– lə zəngındir. 

Qızıl dolu

Qarğıdalı Mərkəzi Amerikadan gəlib və ehtimala görə, artıq eramızdan təxminən 7000 il əvvəl becərilirdi. O, mayya, astek və inkaların əsas yeməyini təşkil edirdi. Qarğıdalı onların mədəniyyətinin bir hissəsi idi. Astek əfsanəsinə görə Günəş tanrısı insanları yedirmək üçün onlara qızıl dolu, yəni qarğıdalını göndərmişdi. Yeni Dünyadan digər şeyləri kimi qarğıdalını da Avropaya Kolumb gətirmişdi, Əvvəlcə onu "Hindu buğdası" adlandırırdılar. Fransızlar və italiyalılar qarğıdalını 16-cı əsrdə becərməyə başlamışdılar. İspanlar və portuqaliyalıların sayəsində qarğıdalı Afrikaya da gətirilmişdi. Əvvəllər qarğıdalı elə də populyar olmayıb, onun ancaq unu qiymətləndirilirdi. Yalnız 19-cu əsrdə qarğıdalı kütləvi miqyasda becərilməyə başlamışdı. Bu gün, qarğıdalı mətbəxdə geniş istifadə olunur. Qarğıdalı unundan çörək və pirojna, həmçinin italyan polentası bişirmək üçün istifadə edilir. O, həmçinin meksikan tortilya, tako və ençiladaların əsasıdır. Qarğıdalı salatlara əlavə olunur, süfrəyə isti verilir, həm də ət yeməkləri ilə yaxşıdır. Biz onu tez-tez pop korn və ya çəngələr  formasında yeyirik. Bundan başqa, qarğıdalı burbonun istehsalı üçün istifadə edilir.

Gündə 300 milyon

Bu hər gün Meksikada yeyilən tortilyaların (qarğıdalı kökələri) sayıdır!  İldə isə bu rəqəm 100 milyarddan çox yeyilən tortilya təşkil edir! 

Bağçadakı ilahə

Amerika hinduları qarğıdalını paxla və balqabaqla bərabər kənd təsərrüfatının bir ilahəsi hesab edirlər. Qarğıdalı onların mədəniyyətində geniş yer tapıb:

  • dənələr – yemək, yağ, alkohol hazırlamaq üçün və bəzək kimi istifadə olunur,
  • yarpaqlar - döşəyin içi kimi, kukla və mokasin düzəltmək üçün,
  • ölülər üçün - Əbədi Ov Yerlərinə yola salmanın bir hissəsi kimi.

 



Bu tərəvəzdən hazırlanan reseptlər

Qarğıdalı keksi

Qarğıdalı keksi

Qarğıdalı keksi üçün Misir resepti. Ananas dilimləri ilə əla dadır.

4 nəfər 45 deq çox Asan
Qarğıdalı unundan tortilya

Qarğıdalı unundan tortilya

Tortilya resepti- Meksikalılar tortilyanı çörəy əvəzinə istifadə edir.

10 nəfər 30-45 dəq Asan
Şef-aşbaz salatı

Şef-aşbaz salatı

Şef-aşbaz salatı resepti

4 nəfər 45 deq çox Asan
Tərəvəz salatı

Tərəvəz salatı

Polşalılar tərəfindən sevilən məşhur tərəvəz salatı.

6 nəfər 45 deq çox Asan

Bu təvəzdən hazırlanan məhsullar

Şirin qarğıdalı dənələri vakum qablaşdırmada

Şirin qarğıdalı dənələri vakum qablaşdırmada

670 G
Qarğıdalı dənələri Gold

Qarğıdalı dənələri Gold

340 G
Qarğıdalı dənələri

Qarğıdalı dənələri

530 G
Vakum qablaşdırmada çili bibərli şirin qarğıdalı dənələri

Vakum qablaşdırmada çili bibərli şirin qarğıdalı dənələri

310 G