100 qr kökdə – 31 kkal
Yerkökün tərkibində karbohidratlar, protein, Karotin, B1, B2, B6, C, E, H, K, PP vitaminləri və həmçinin kalsium, dəmir, kalium və mis vardır.
Gecə vaxtı qartal kimi yaxşı görün
Vitamin və mineral duzlar qarışığına görə yerkökü qanazlığının qarşısını alır və qaranlıqda görmə qabiliyyətini yaxşılaşdırır.
Qızılı qaralma
Bütün tərəvəzlər arasında yerkökün tərkibində ən çox beta-karotin vardır. Bu səbəbdən yerkökü yemək orqanizmi ultrabənövşəyi şuaların zərərli təsirindən qoruyur, dərini hamarlaşdırır və onun rəngini yaxşılaşdırır.
Əvvəllər yerkökü qara rəngdə olub!
Yerkökü bizə Asiyadan gəlib. O artıq qədim vaxtlardaYunanlılar və Romalılar tərəfindən müalicəvi bitki kimi istifadə olunub. Əvvəlki yerköklərin rəngi demək olar ki qara olub; yerkökün sarı növləri 18-ci əsrdə mutasiya nəticəsində ortaya çıxdı və fransız bağbanların cəhdləri nəticəsində yerkökü öz tamahlandırıcı narıncı rəngini əldə etdi.
Yerkökü cəvahiratı
İngiltərədə kraliça Elizaveta 1-cinin hakimiyyət dövründə yerkökün kökləri, yarpaqları və güllərindən paltar və şlyapaların bəzədilməsi üçün istifadə olunub.