Lui-Antuan Bondyuel və Lui Lesaffr-Russel Fransanın şimalında ardıc giləmeyvələrindən spirtin istehsalı üzrə zavodun əsasını qoydular
1868
İlk tikililər — dənli bitkilər üçün araq zavodu, iribuynuzlu mal-qara üçün samanlıq, səməni hazırlanan bina və böyük yaşayış evi
1914
Birinci Dünya müharibəsi zamanı Bonduelle şirkəti Rusiya imperiyasına konservləşdirilmiş tərəvəzlər tədarük edirdi
1926
Tərəvəzlərin konservləşdirilməsi üzrə işə başlanılır; yaşıl noxuddan ilk konservlər hazırlanır — bu, inkişaf üçün imkan yaradır və artıq 1957-ci ildə yaşıl noxud və kök qarışığının istehsalı sayəsində şirkət istehlakçılar arasında böyük uğur qazanır
1939
İkinci dünya müharibəsi zamanı fransız ordusu fermanı dövlət ehtiyacları üçün zəbt etdi. 1944-cü ildə isə bombalanma nəticəsində binaya zərər dəydi. Zavodda fəaliyyətyalnız 1945-ci ildə bərpa edildi
1946-1995
Dünya bazarına çıxış
1946
Bonduelle brendi yarandı. Biznes çox yaxşı inkişaf edirdi — həmin ildən başlayaraq Bonduelle yaşıl noxudlarının satışı onların becərilməsindən və konservləşdirilməsindən daha sürətlə baş verirdi
1968
Şirkət tərəvəzlərin dondurulması texnologiyasını, 90-cı illərin sonlarında — təzə tərəvəzlərin: paketlərdə salatların və sousları ilə birlikdə salatların istehsal texnologiyasını işləyib hazırladı. 2000-ci illərin əvvəllərində isə hazır salatların istehsalına başladı
1969-1989
Bonduelle şirkətinin Almaniyada fəaliyyətə başlaması. Almaniya bazarındakı uğur Avropaya qapılar açdı — Bonduelle brendi İtaliyada, Böyük Britaniyada, Benilyuks ölkələrində, İspaniyada, Portuqaliyada və Danimarkada satışa çıxarıldı
1990-1995
1990-cı ildə Bonduelle Deutschland şərq ölkələrində satış şöbəsi yaratdı. Beləliklə, Çexiyada, Polşada, Macarıstanda, Sloveniyada və Rusiyada şirkətlər açıldı
1995
Rusiyada Bonduelle şirkətinin açılışı
1995-ci ildə Bonduelle şirkəti Rusiyada fəaliyyətə başladı. 2004-cü ildə isə Krasnodar diyarında Rusiyada konservləşdirilmiş tərəvəzlərin istehsalı üzrə ilk zavod işə salındı
2004
Lui Bondyuel Fondunun yaradılması
Fondun missiyası — qidalanma haqqında bilikləri genişləndirmək, onları yaymaq və həyatda tətbiq etməyə kömək etməkdir. Fond elmi tədqiqatları və sağlam qidalanmanın təşviqi üçün yerli layihələri dəstəkləyir
* Bonduelle Eurasia Markets (BEAM): Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Monqolustan
2005
Bonduelle şirkəti Rusiyanın konservləşdirilmiş tərəvəzlər bazarında lider mövqeyi tutdu
2012
Bonduelle qrupu Rusiyada və MDB ölkələrində Globus brendi üçün hüquqları satın aldı və Krasnodar diyarının Timaşevsk şəhərində konservləşdirilmiş yaşıl noxud, qarğıdalı və lobyanın istehsalı üzrə zavodu əldə etdi
2019
Şirkət Belqorod vilayətinin Şebekino şəhərində dondurulmuş tərəvəzlərin istehsalı üzrə zavodu əldə etdi. Köhnə avadanlıq müasir avadanlıqla əvəz edildi, bir çox işçilər isə işləmək üçün Bonduelle şirkətinə keçdilər
2021
Bonduelle şirkətlər qrupu yenilənmiş missiyasını formalaşdırdı: «Biz insanları onların rifahı və planetin sağlamlığı üçün qida rasionunu bitki tərkibli qidalarla genişləndirməyə ruhlandırırıq»
2021
Bonduelle şirkəti Rusiyada ilk dəfə olaraq konservləşdirilmiş qarğıdalı və yaşıl noxud üçün Organic sertifikatını əldə etdi