Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Bonduelle olaraq inanırıq ki, biznes təkcə iqtisadi cəhətdən səmərəyə köklənməməli, həm də cəmiyyət üçün faydalı olmalıdır. Dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsindəki təcrübələrimiz bu yanaşmanın birbaşa təzahürüdür. Məhz buna görə də dünya üzrə bütün bölmələrinin « BCorp™» sertifikatına layiq görüldüyü bir şirkət olduğumuzla fəxr edirik.
«BCorp™» sertifikatı sosial və ekoloji səmərəlilik, şəffaf biznes fəaliyyəti və məsuliyyət üzrə yüksək standartlara cavab verən şirkətlərə verilir.
«BCorp™»un hissəsi olmağın mahiyyəti:

«BCorp™» sertifikatı – davamlı inkişaf strategiyamızın, eləcə də insanları öz rifahları və planetin sağlamlığı üçün rasionlarını bitki mənşəli qidalarla zənginləşdirməyə ruhlandırmaq missiyamızın həyata keçirilməsində növbəti mühüm addımlardan biridir.
Bu sertifikatlaşdırma şirkətin fəaliyyətinin beş istiqamət üzrə dərindən auditini əhatə edir: korporativ idarəetmə, işçi heyətilə işləmə, yerli icmalarla qarşılıqlı əlaqə, müştəri və istehlakçılarla münasibətlər və ekoloji təsir. Yalnız reytinqi 200 xaldan 80-nin üzərində olan şirkətlər «BCorp™» hesab oluna bilər. Bu sertifikat üç il müddətində etibarlıdır, sonra isə şirkətlər standartlarını qoruduğunu və ya təkmilləşdirdiyini sübut etmək üçün qiymətləndirmədən yenidən keçməlidirlər. Bu cür kompleks yanaşma proseslərimizin davamlılığına və dayanıqlılığına zəmanət verməklə yanaşı bütün maraqlı tərəflərin rifahı üçün çalışmağımıza imkan yaradır.
Biznesin müsbət dəyişikliklərə yol açdığı «BCorp™» yanaşması bizi ilhamlandırır. Bu icmanın bir hissəsi olmaq bizim üçün böyük şərəf və məsuliyyətdir. Komandalarımız, tərəfdaşlarımız və bütün maraqlı tərəflərlə birlikdə biz, biznesin cəmiyyətin rifahına və ətraf mühitin qorunmasına mühüm töhfə verməklə çiçəklənə biləcəyi bir gələcək qururuq. «BCorp™» sertifikatında çıxdığımız bu yol hamı üçün daha yaxşı gələcək qurmaq üzrə qlobal missiyamızın addımlarından yalnızca biridir.
