İNSANLARIN QAYĞISINA QALIRIQ

Biz işçilər, yerli icmalar və bütövlükdə cəmiyyət üçün sağlam və dayanıqlı gələcəyin qurulmasına öz töhfəmizi verməyə çalışırıq. Bunun üçün biz işçilərin ixtisasını artırır, tərəfdaş fermerləri dəstəkləyir və yerli icmalarda iş yerləri yaradırıq

ÖHDƏLİKLƏRİMİZ

№7 İşçilərimizin və tərəfdaşlarımızın uğurlu inkişafı və çiçəklənməsi üçün təhlükəsiz və ədalətli iş mühiti yaradırıq
  • İşçilərin işə cəlb olunma səviyyəsi 75%-dən artıqdır
  • Fermerlərlə müqavilələrin 90%-dən çox hissəsi hər il uzadılır
  • Şirkətin bölmələrinin 100%-i işçilər arasında bitki tərkibli qidalanmanı populyarlaşdıran təşəbbüsləri həyata keçirir – 2025-ci ilədək
  • Daimi işçilərin 100%-i bədbəxt hadisələrdən və xəstəliklərdən sığorta proqramına daxil edilmişdir
  • Daimi işçilərin 100%-i Könüllü tibbi sığorta proqramına daxil edilmişdir
№8 Şirkətdə və onun hüdudlarından kənarda təlim üçün imkanlar təqdim edir və inklüziv işəgötürmə təcrübələrini tətbiq edirik
  • Daimi işçilərin 100%-i fərdi inkişaf planına malikdir – 2025-ci ilədək
  • Fermerlərin 80%-i təlim və kadr hazırlığı sahəsində dəstək əldə edir – 2030-cu ilədək
  • Bölmələrin 100%-də açıq işəgötürmə təcrübələri tətbiq edilmişdir –2030-cu ilədək
  • Menecerlərin 100%-i müxtəliflik, bərabərlik və inklüzivlik təcrübələri üzrə təlim keçmişdir – 2025-ci ilədək
№9 İşçilərimizi həm şirkət daxilində, həm də onun hüdudlarından kənarda sosial təşəbbüslərdə iştirak etməyə həvəsləndiririk
  • Müəssisələrimizin 100%-i yerli sosial təşəbbüslərdə iştirak edir – 2025-ci ilədək

BONDUELLE QRUPUNUN NƏTİCƏLƏRİ

LAYİHƏLƏR

Забота о сотрудниках
Yaşıl ofis
Moskva ofisi "Yaşıl ofis. EcoGreenOffice" KSS-nin meyarlarına uyğunluğunu təsdiq etmişdir. Ofisdə olan bostanda kahı, reyhan, limonotu və digər ətirli ot bitkiləri yetişir. Ofisdə yaşıl bitkilərin bolluğu işçilərin rahatlaşmasına və istirahət dəqiqələrində diqqəti işdən yayındırmağa kömək edir
Забота о сотрудниках
Təhlükəsizlik günü
Biz hər il bütün platformalarda Təhükəsizlik və əməyin mühafizəsi gününü keçiririk. İş yerində və evdə təhlükəsizlik qaydalarını təkrarlayırıq. Bundan əlavə, bizim üçün təhlükəsizlik — sağlamlığa qayğı, düzgün qidalanma və ekologiyanın qorunması deməkdir
Забота о сотрудниках
Geniş sosial paket
Biz daimi işçilər və onların iki ailə üzvü üçün KTS təqdim edirik. Bizim korporativ pensiya proqramımız isə işçinin və şirkətin köçürdüyü vəsaitlər sayəsində birgə maliyyələşir
Социальные проекты
Korporativ donor günləri
Bonduelle şirkətində donor günləri zavodlarımızın və aqrar bölmələrimizin işçiləri arasında, eləcə də Moskva ofisimizdə mütəmadi olaraq həyata keçirilir
Bizimlə əlaqə

Saytda daha çox