Şəxsi məlumatların emalı ilə bağlı siyasət

Hazırkı fərdi məlumatların emalı siyasəti (bundan sonra “Siyasət” adlandırılacaq) “Bondyuel-Kazaxstan” MMO tərəfindən.

Fərdi məlumatlar veb-sayt istifadəçiləri tərəfindən könüllü olaraq təqdim edildiyi hallar istisna olmaqla, Şirkət Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə fərdi məlumatlara aid edilən məlumatları, məsələn, soyad, ad, ata adı, doğulduğu tarix və doğulduğu yer, ünvan, ailə, sosial, mülki vəziyyət, təhsil, peşə, gəlir, telefon nömrəsi, e-poçt ünvanı və digər məlumatları (bundan sonra “Fərdi məlumatlar” adlandırılacaq) şirkətə məxsus veb-saytlar vasitəsilə toplamaq niyyətində deyildir.

Veb-sayt istifadəçiləri və digər fərdi məlumat subyektləri (bundan sonra “İstifadəçilər” adlandırılacaq) öz fərdi məlumatlarını könüllü olaraq təqdim etməklə Şirkət tərəfindən fərdi məlumatların transsərhəd ötürülməsi də daxil olmaqla, onların fərdi məlumatların qorunması haqqında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə avtomatik olaraq emalına, habelə hazırkı Siyasətə uyğun olaraq Fərdi məlumatların üçüncü şəxslərə açıqlanması və ya yayılmasına razılıq vermiş olurlar. Bu zaman fərdi məlumatların emalı dedikdə, fərdi məlumatların toplanması, qeyd edilməsi, sistemləşdirilməsi, yığılması, saxlanması, aydınlaşdırılması (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadəsi, ötürülməsi (paylanması, təqdim ediıməsi, onlara giriş), şəxssizləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi də daxil olmaqla, avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etməməklə fərdi məlumatlar üzərində edilən hər hansı bir hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) toplusu nəzərdə tutulur. Fərdi məlumatlarının emal edilməsini istəməyən istifadəçilər onları təqdim etməməlidirlər. Hazırkı razılıq yazılı formada geri çağırıldığı günədək qüvvədədir.

Fərdi məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə və Şirkətin nizamnaməsinə uyğun olaraq Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə Şirkət tərəfindən Şirkətin tərəfdaşı olan digər təşkilatlara yalnız müvafiq qayda və normalarla nəzərdə tutulmuş qaydada ötürülə bilər.

Şirkət qanunvericilikdəki, məxfiliyə riayət tədbirlərindəki və ya Şirkətin veb-saytlarının məzmunundakı dəyişikliklə əks etdirməklə Siyasətə yenidən baxa bilər. Bununla əlaqədar olaraq, cari Siyasətdən xəbərdar olmaq üçün İstifadəçilər Siyasəti vaxtaşırı olaraq yenidən oxumalıdırlar.

Başqa hal göstərilməyibsə (bu cür məhdudiyyətləri ehtiva edən və konkret, məlumatlı və şüurlu olan Fərdi məlumatların emalına dair ayrıca razılığın Şirkətə göndərməklə İstifadəçinin özü tərəfindən konkretləşdirilməyibsə), İstifadəçilər öz Fərdi məlumatlarını təqdim etməklə Fərdi məlumatlarının aşağıdakı kimi emal edilməsi üçün Şirkətə şüurlu şəkildə öz razılıqlarını ifadə etmiş (təqdim edmiş) olurlar: saxlamaq (pretenziyalar bildirmək də daxil olmaqla), sistemləşdirmək, yığmaq, qeyd etmək, toplamaq, silmək, məhv etmək, aydınlaşdırmaq (o cümlədən yeniləmək, dəyişdirmək), çıxarmaq, istifadə etmək, yaymaq (o cümlədən üçüncü şəxslərə ötürmək), təqdim etmək, açıqlamaq, şəxssizləşdirmək, bloklamaq, eləcə də istehlakçıların istəklərini öyrənmək, məhsul və xidmətlərin keyfiyyətini artırmaq üçün bu məlumatları ötürmək. Şirkət (və ya onunla affilyasiya olunmuş şəxslər və ya onunla şərtləri Fərdi məlumatların qorunmasını nəzərdə tutan müqavilələr bağlamış şəxslər) əldə edilmiş Fərdi məlumatlardan İstifadəçilərlə əlaqə qurmaq üçün, o cümlədən Şirkət tərəfindən təşkil olunan marketinq fəaliyyətləri (kampaniyalar, müsabiqələr və s.) haqda məlumatın bildirilməsi və (və ya) onlarda iştirak üçün təkliflərin göndərilməsi, digər ismarışların və ya reklam təkliflərinin göndərilməsi, habelə marketinq təhlilinin aparılması və statistik məlumatların toplanması məqsədilə istifadə edə bilər. Şirkət üçüncü tərəflərə Şirkətin veb-saytlarının ziyarətçiləri və ya istifadəçiləri haqqında ümumiləşdirilmiş (dəyişdirilmiş) məlumatları təqdim edə bilər.

Şirkət sərəncamında olan Fərdi məlumatları itkidən, oğurluqdan və icazəsiz istifadədən, açıqlamadan və ya saxtakarlıqdan qorumaq üçün lazımi tədbirlər görür. Təqdim olunan məlumatların qorunması məqsədilə Şirkət elektron rəqəmsal imza vasitələrinin və ya şəxsi imzanın digər analoqlarının tətbiqini, aparat və proqram təminatlarının tətbiqini, texniki vasitələrə və xidməti yerləşgələrə girişin məhdudlaşdırılmasını, məlumatların bütövlüyünə nəzarət və onların icazəsiz dəyişikliklərdən, surətlərinin çıxarılmasından və məhv edilməsindən qorunmasını təmin edir.

Fərdi məlumatların subyekti qismində çıxış edən istənilən İstifadəçi Şirkətə müvafiq məktub göndərməklə fərdi məlumatlarının emalına razılığını geri çağırmaq hüququna malikdir. Şirkət bu cür razılığın geri çağırılması barədə məktubu aldığı gündən 15 təqvim günü ərzində müvafiq məlumatları tamamilə silməlidir.

Bununla Şirkət hazırkı Siyasətin yalnız Şirkətə birbaşa ötürülən Fərdi məlumatlara münasibətdə qüvvədə olduğunu bildirir. Çatlarda, forumda, e-poçt ünvanında, İnternet şəbəkəsində foto- və videomateriallar yerləşdirməklə təqdim edilən Fərdi məlumatlar da daxil olmaqla, İstifadəçilər tərəfindən üçüncü şəxslərə könüllü olaraq təqdim edilən Fərdi məlumatlar üçüncü şəxslər tərəfindən istənməyən ismarışların göndərilməsi və ya digər məqsədlər üçün istifadə edilə bilər. Belə halda Şirkət heç bir məsuliyyət daşımır. Şirkət İnternet şəbəkəsindən istifadəyə məsuliyyətlə yanaşmağı, Fərdi məlumatların və digər məlumatların təhlükəsizliyi haqda unutmamağı məsləhət görür. Şirkət, Şirkətin veb-saytlarından istifadənin məxfiliyinə dair zəmanət verə bilməz (çünki veb-saytlara giriş açıqdır) və İstifadəçinin (və ya istənilən şəxsin) Şirkətin veb-saytından və ya İstifadəçinin Şirkətin veb-saytına ötürdüyü istənilən məlumatdan istifadə zamanı məxfiliyin pozulması nəticəsində ona dəyə biləcək hər hansı ziyana görə məsuliyyət daşımır.

Bəzi hallarda Şirkət avtomatik olaraq (yəni qeydiyyatsız, uçotsuz) Fərdi məlumat olmayan texniki məlumatları əldə edə bilər. Belə məlumatlara İnternet brauzerinin növü, kompüterin (cihazın) əməliyyat sisteminin növü və digər texniki xarakterli məlumatlar aiddir.

Şirkət bəzi məlumatları İstifadəçinin kompüterində (cihazında) saxlaya bilər. Belə məlumatlar cookies-lər şəklində (saytları ziyarət edərkən kompüterin sərt diskinə və ya başqa bir cihazın yaddaşına göndərilən məlumatlardan ibarət kiçik fayllar) və ya onlara bənzər olacaq və müxtəlif texniki məsələlərin həllində faydalı ola bilər (məsələn, cihazdan tələb olunan məlumatların maksimum dərəcədə sürətli və düzgün əks olunması üçün).

Fərdi məlumatların qorunması ilə bağlı istənilən sual, şərh və şikayətləri https://bonduelle.az/about/contacts səhifəsində qeyd olunmuş ünvana göndərə bilərsiniz.