Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Göbələklərin tərkibində çoxlu su var. Onlar az kalorili bir məhsul olduğundan bədən çəkisini azaltmaq istəyən insanların qida rasionuna daxil oluna bilər. Göbələklər insan orqanizmini bitdikləri torpaqların minerallarla nə dərəcədə zəngin olduğundan asılı olaraq insan orqanizmini müxtəlif minerallar təmin edir.
Məhsul | Miqdar | Enerji (kilokalori) | Zülal(qr) | Yağ (qr) | Şəkər (qr) |
---|---|---|---|---|---|
Openok | 100 qr | 17 | 2,2 | 1,2 | 0,5 |
Yağlı göbələk | 100 qr | 9 | 2,4 | 0,7 | 0,5 |
Şampinyonlar | 100 qr | 15 | 2,1 | 0,5 | 0,5 |
Sarı göbələk | 100 qr | 20 | 1,6 | 1,1 | 1,5 |
Dolmati | 100 qr | 15 | 1,7 | 0,7 | 1,5 |
Qurudulmuş ağ göbələk | 100 qr | 211 | 27,6 | 6,8 | 10,0 |
Qırmızıbaş göbələk, qurudulmuş | 100 qr | 32 | 2,3 | 0,9 | 3,7 |
Qırmızıbaş göbələk, təzə | 100 qr | 231 | 23,5 | 9,2 | 14,3 |
Leccinum, təzə | 100 qr | 31 | 3,3 | 0,5 | 3,4 |
Ağ göbələk | 100 qr | 16 | 1,8 | 0,5 | 0,8 |
Porcini (Boletus edulis) təzə | 100 qr | 25 | 3,2 | 0,7 | 1,6 |
Qırmızıbaş boletus, qurudulmuş | 100 qr | 239 | 35,4 | 5,4 | 12,9 |
Bundan əlavə, göbələklərin tərkibində müəyyən miqdarda karotin formasında olan A vitamini, B1 və B2 vitaminləri var. Başqa vitaminlər rudimentar miqdarda vardır. Mikroelementlərdən göbələkdə kalium, fosfor, kalsium və dəmir var, xüsusən süngər və yaxud qəlsəmə hissəsində.
Göbələklər həmçinin proteinlərin mənbəyidir. Tərkiblərində olan protein heyvan və tərəvəz protein kateqoriyasının arasındadır. Bu proteinlər çox zəngin olduqlarına görə, onların yalnız 60% orqanizmdə həzm olunur. Göbələklərdə olan proteinlərin miqdarı ətdə, yumurtada və yaxud süd məhsullarında olan proteinin miqdarından aşağıdır, lakin yerkökündə olan miqdarda dörd dəfə artıqdır.
Göbələklərdən hazırlanmış yeməklər tərkibində xitin kimi komponent olduğuna görə ağır sayılır. Göbələk mədədə ağırlıq hissi yaratmamaq üçün onlar yüngül yeməklər, məsələn, kartof və ya kahı ilə, birləşdirilməlidir. Onları ağır yeməklər ilə birgə yemək məsləhət olunmur. Bir çox tədqiqatlar zamanı aşkar olunub ki, göbələklərin alkohol işkilərlə birgə yeyilməsi yağların həzmini asanlaşdıraraq, proteinləri mədədə ağırlaşdırır və onları mədə şirəsinə qarşı dayanıqlı edir. Uşaqlar və göbələyə allerqiyaları olan insanlar göbələkləri yeməməlidir.
Çin və Yapon təbabətində göbələklər əsrlər boyu xərcəng, diabet və ürək-damar xəstəliklərlə mübarizədə istifadə olunub. Göbələklərin bir çox növü müqaviməti əhəmiyyətli dərəcədə möhkəmlədir.
Göbələklər düzgün saxlanmadıqda və ya hazırlanmadıqda, köhnə, çatlı və ya xəstə göbələklər yığılanda, eyni dərəcədə həm yeməli, həm zəhərli göbələklərdən zəhərlənmək olar. Göbələkləri havalı konteyner və ya səbətə qoymaq lazımdır, paketdə onlar çürüyə bilər. Yalniz termik emalı keçmiş göbələkləri yemək olar, onlar təkrarən istiləndirməməli və təzə bişirilmiş halda, yanı bişirildiyi gün yeyilməlidir. Göbələkləri hazırlamaqdan əvvəl və sonraki müddətdə onları düzgün saxlamaq lazımdır, çünki onlarda bakteriyalar yayılmağa başlayır. Göbələk yıqmağdan qayıdandan sonra, onları bir bir yoxlamalı və sonra bişirməzdən əvvəl yaxşı yumalı və qurutmalısınız.