Qarğıdalı haqda maraqlı məlumatlar

15.01.2021

Qida rasyonunda əvəzedilməz rol oynayır

Qarğıdalı taxıllar fəsiləsinə aid olan birillik dənli bitkidir. Əsasən Meksikada məhşur olsa da onun vətəni Mərkəzi və Cənubi Amerika hesab olunur. İlkin vaxtlar onlardan bəzək bitkisi kimi istifadə olunmuşdur. Çox keçmədən Avropa ölkələri olan Fransa, İtaliya və Portuqaliyada ondan qiymətli ərzaq və yem bitkisi kimi istifadə edilmişdir. XVI əsrdə isə daha geniş yayılaraq Şimali Afrika, Hindistan və Çində məhşurlaşmışdır. XVII əsrdə Rusiyaya gətirilmiş və eyni zamanda Azərbaycanda istifadə edilməyə başlanmışdır. Bundan əlavə qarğıdalı dünyada dənli bitkilər arasında buğdadan sonra ən çox yetişdirilən ikinci bitki hesab olunur. Bu bitki dünya miqyasında çox geniş yayılmışdır. O, tropik ərazilərdə daxil olmaqla demək olar ki, bütün dünya ölkələrinə qədər yayılmışdır.

Bu bitkinin xalq təsərrüfatında istifadə istiqamətləri çoxsahəlidir. Onun dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Qarğıdalı 9 botaniki qrupa: bərk, dişə bənzər, nişastalı, partlayan, şəkərli, nişastalı-şəkərli, yarımdiş, mumabənzər və pərdəli bölünür. Azərbaycanda qarğıdalı çox istifadə olunur. Qarğıdalı dənində 60-70 faiz karbohidrat, 9-12 faiz zülal, 4-6 faiz yağ olur.

Qarğıdalı yağı çörək-bulka sənayesində, salat, mayonez və marqarin hazırlanmasında işlədilir. Bundan əlavə salatların və müxtəlif yeməklərin hazırlanmasında qarğıdalıdan geniş istifadə olunur.

Qarğıdalı bitkisinin gövdəsindən, yapraq və qıcalarından kağız, linoleum, süni propkalar, plastik kütlə və digər məhsullar alınır.

Qarğıdalı digər dənli bitkilərlə müqasiyədə rütubəti daha qənaətlə sərf edir.

Azərbaycanda məhsuldarlığına və çoxşaxəli istifadəsinə görə qarğıdalı əhəmiyyətli bitkilərindən hesab edilir. Qarğıdalı dənindən müxtəlif ərzaq (un, yarma, konserv) və sənaye (nişasta, spirt, şəkər, yağ və s.) məhsullarının hazırlanması, yaşıl gövdəsindən, dən və qıcalarından isə heyvandarlıqda qiymətli qüvvəli və şirəli yem kimi istifadə edilirvə bu da onun əhəmiyyətini daha da artırır.

Qarğıdalı həm də gözəllik bəxş edir

Qarğıdalı unu kosmetik vasitə kimi istifadə olunur. Qarğıdalı unu qaynar su ilə qarışdırılır və ilıq vəziyyətdə üz dərisinə çəkilir. Belə maska dərini təmizləyir, ağardır, ləkələri aparır, dərinin rəngini daha yaxşı və sağlam edir. Ona görə də qarğıdalı yalnız qida deyil, həm də kosmetika sahəsində xanımların sevimlisidir. Buna görə də qarğıdalı kosmetologiyada xüsusilə dəri baxımında geniş istifadə olunmaqdadır. Bir çox hallarda qarğıdalı nişantası üzə maska şəklində tətbiq edilir və ya kosmetik vasitələrin tərkibində yer alır. Asiyada xüsusilə Cənubi Koreyada insanlar qarğıdalıdan kosmetikada geniş istifadə edirlər. Bundan əlavə onlar qaynadılmış qarğıdalının suyunu da faydalı hesab edirlər. Ölkəmizdə və dünyanın bir çox ölkələrində qarğıdalının sapları xalq təbabətində geniş istifadə olunur.

Dünya xalqları qarğıdalıdan necə istifadə edir?

Koreyalılar metobolizma üçün ideal təsir bağışlayan qarğıdalını fərqli üsulda istifadə edirlər. Beləki, onlar səhər yeməyindən əvvəl qarğıdalı dənələrini qaynadaraq həm suyunu, həm də dənələrini qəbul edirlər.

Meksika milli mətbəxində də çox istifadə olunur. Qarğıdalı bir növ çörək kimi istifadə olunur, onu isladıb metatedə döyürlər və yumşaq kütlə əmələ gəlir. Onu sadəcə olaraq suya qarışdırıb içirlər, bu yemək növü atole adlanır. Lakin bu kütlədən daha çox kökələr - tortilya bişirirlər. Bəzən onu lavaş kimi büküb, içinə ət qoyurlar. Bundan əlavə pendir və çile bibərindən hazırlanan souslar da əlavə edilərək yeyilir.

Qarğıdalıdan hazırlanan dadlı yeməklər

Qarğıdalı ununun üzərinə süd əlavə edib zəif odun üstündə bişirdikdə dadlı sıyıq alınır. Bu zaman süd qaynayana qədər onu qarışdırmaq və qaynamağa başladıqdan sonra isə odun istiliyini azlatmaq lazımdır. Bu ən qısa müddətə bişən qarğıdalı yeməyidir. Qarğıdalının süddə bişirilməsindən də dadlı yemək hazırlamaq mümkündür. Qarğıdalıdan hazırlanmış qidalar orqanizm tərəfindən asanlıqla sorulur və asan həzm olunur.

Sadə və doyumlu qarğıdalılı Çin şorbası

Qarğıdalıdan hazırlanan Çin şorbasını hazırlamaq çox asandır. Toyuq budları kiçik parçalara bölünür. Doğranmış tikələr kərə yağında zəif qızardılır. Kənarda içərsinə zəncəfil salınmış, dadlandırılmış su ətin üzərinə tökülür və qarğıdalı, halqa şəklində doğranmış yerkökü əlavə edilir. Su qaynamağa başladıqda kənarda soyuq suda həll olmuş qarğıdalı və kartof nişastası suya tökülüb dayanmadan qarışdırılır. Yumurtanın ağı yavaşca qaynayan şorbaya əlavə olunub, yenidən qarışdırılır.
Yumurtalar qarışdırıldıqca bişir, bişdikcə nazik sap şəklinə düşür. Ən sonda duz əlavə edilib, acı bibər doğranır.

Həm faydalı, həm də geniş istifadə sahəsinə malikdir

Qarğıdalının dənindən yaxşı yarma, yağ, un hazırlanmasında, çörək bişirilməsində, konditer sənayesində, nişasta hazırlanmasında, spirt sənayesində istifadə edilir. Qarğıdalı unu buğda və çovdar unu ilə birlikdə çörək bişirmədə istifadə olunur. Bir çox ölkələrdə bu bitkidən körpə uşaqlar üçün xüsusi yemək hazırlanır. Qarğıdalıdan bir neçə növ yarma hazırlanır, manna hazırlanmasında o tez-tez buğdanı əvəz edir. Konservləşdirilmiş qarğıdalıdan bir çox salatların hazırlanmasında geniş istifadə edilir.

Qarğıdalının istifadə edildiyi ölkələr

Qarğıdalı Amerikada mədəniləşdirilmiş ən qocaman dənli bitki hesab olunur. Hinduların çörəyi, yeməkləri, içkiləri zaman-zaman qarğıdalıdan hazırlanmışdır. Mayya hinduları mədəniyyətinin tədqiqatçısı R.V.Kinjalovun dediklərinə görə qarğıdalının vətəni Mərkəzi Amerikanın cənub dağlıq hissəsidir. Burada tapılan qarğıdalı izləri arxeoloqları V minilliyə aparır. Hindular qarğıdalını müqəddəs hesab edirdilər. Güman edilir ki, qarğıdalı sözü («ixim») «dolandıran», «saxlayan» mənası verir. Mayya hindularına qarğıdalının bir neçə növü məlum olmuşdur. Onlar qarğıdalı əkinləri ilə həmişə fəxr etdirmişlər.Arxeoloji sərvətlər arasında Meksikada 6950 il yaşı olan mədəniləşdirilmiş qarğıdalı tozcuqları tapılmışdır. Nyü-Meksika ştatındakı Bat-Keyv mağarasında tapılmış qarğıdalı tozcuqlarının isə 5600 ilə yaxın yaşı olduğu müəyyən edilmişdir.Cənubi Meksikanın Texuakan vadisində arxeoloji tapıntılar təsdiq edir ki, 7200-5400 il bundan əvvəl orada qarğıdalı mövcud olmuşdur. Lakin bu yaşın mədəniləşdirilmiş qarğıdalıya aid olduğu hələ şübhəlidir.Meksikanın toltek, sapotek, astek və mayya hinduları qarğıdalı becərməklə məşğul olmuşlar. Şimali Amerika hindularından irokezlər XV-XVI əsrlərdə qarğıdalı becərib-yığmaqda və onu qoruyub saxlamaqda mahir olmuşlar. Onlar qarğıdalını xəndəklərdə, xüsusi anbarlarda, ya da yaşayış yerində asılmış vəziyyətdə saxlamışlar.Qarğıdalının qədim vətəni olan Meksika, Braziliya, Qvatemala, Salvador kimi ölkələrdə bu bitki indi də kütləvi ərzaq rolunu oynayır.Qarğıdalının Avropaya və başqa yerlərə yayılmasında vaxtı ilə dənizçiliyi inkişaf etmiş ispanların və portuqaliyalıların böyük xidməti olmuşdur. Portuqaliyalılar qarğıdalını XVI əsrdə Hindistana və Çinə çatdırıblar.Bu bitki Afrikanın qərbinə XII əsrdə gətirilib, XV əsrdə isə qarğıdalı qitənin şərqinə də yayılıb.İspanlar qarğıdalını öz vətənlərinə XV əsrdə gətirib və 1525-ci ildən becərməyə başlayıblar. Əvvəllər o, bağların yaraşığı olub. Tezliklə qarğıdalı Fransaya və İtaliyaya aparılıb, sonra isə Şərqdə, XV əsrdə onu Livanda əkməyə başlayıblar.

Bu qiymətli bitki qarğıdalı ferması (corn farm)1560-ci ildə türklərin də diqqətini cəlb edib. Macarlar onunla «türk buğdası» adı ilə tanış olublar. Və beləliklə bütün dünyada yayılmağa başlayıb. XVIII əsrdə yenə də «türk buğdası» adı ilə Rusiyaya gedib çıxır. Qarğıdalının sürətlə yayılması onun hərtərəfli təsərrüfat əhəmiyyətli olması ilə bağlıdır. Onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt və sairə istehsal edirlər. Qarğıdalı həm də qiymətli yem bitkisidir.Qarğıdalı yeyinti sənayesində də geniş tətbiq olunur: ondan un, yarma və nişasta hazırlayırlar, nişastadan qənnadı sənayesi üçün patka, qlükoza, şəkər istehsal edirlər, sütül dənələrdən konserv, yetişmiş dənələrdən partlamış qarğıdalı hazırlayırlar, uzun müddət istifadə etmək üçün dənələrini duzlayırlar və sairə. Onun konservləşdirilməsinə XIX əsrin ortalarından etibarən Amerika Birləşmiş Ştatlarında başlayıblar. Qarğıdalının tibbi əhəmiyyəti də vardır. XIX əsrin ikinci yarısında qarğıdalı saçaqlarından çox geniş istifadə olunur. Xalq arasında qarğıdalını qovurub partladılmış şəklə salmaq qədimdən məlumdur. Bununla ilk dəfə Cənubi Amerika hinduları məşğul olmuşlar. Bunun üçün gildən hazırlanmış uzun qulplu xüsusi qablardan istifadə olunması güman edilir. Bundan başqa qarğıdalı dənələrini isti kömür üzərində partladıb yığırlarmış.

Dadlı salatlar qarğıdalı ilə hazırlanır

Qarğıdalı çox faydalı olmaqla bərabər həm də dadlı yeməklərin əsas tərkib hissəsidir. Qarğıdalıdan həm ləzzətli şorbalar, həm də salatlar hazırlamaq mümkündür. Avropa mətbəxində qarğıdalı çox fərqli məqsədlər üçün istifadə olunur. Dənli bitkilər fəsiləsinə aid olan bu bitki orqanizmə üçün çox faylı təsir edir. Xüsusilə energetik olduğu üçün idmançılar tərəfindən çox istifadə olunur və qida rasyonuna daxil edilməsi tövsiyə olunur. Hal-hazırda qarğıdalıdan həm də sevimli qəlyənaltı hesab olunur. Konservləşdirilmiş yemək üçün yalnız yumşaq, şirin taxıllar alınır. Onlardan müxtəlif yeməklər hazırlaya bilərsiniz – şorba və vegeterian yeməklər.

Dadlı qarğıdalı salatını hamı çox bəyənir

Tərkibi üçün lazım olan məhsullar:

450 qram toyuq filesi

3 ədəd kartof

2 ədəd yumurta

3 ədəd yerkökü

Konservləşdirilmiş qarğıdalı

Holland pendiri

Zövqə görə duz istiot

Moyanez smetan

Hazırlanma qaydası:
Fileni qaynadırıq və bir müddət soyumasını gözləyirik. Soyuduqdan sonra, bıçaqla uzunsov doğrayıb və ya kiçik tikələrə bölürük. Karktof, yerkökü və yumurtaları suda bişirib, qabıqlarını soyub soyumalarını gözləyirik. Daha sonra sürtgəcdən keçirdirik. Hazırladığımız ərzaqları bu ardıcıllıqla lay-lay düzürük. Zövqə görə duz, istiot əlavə edə bilərsiniz. Vizual formasını isə qarğıdalı dənələrindən istifadə edərək daha kreativ şəkildə hazırlayıb süfrəyə verə bilərsiniz. Həm dadlı, həm də faydalı salatdır.

Siz də sevdiklərinizi qarğıdalı tərkibli yeməklərlə təəccübləndirə bilərsiniz.

Həmçinin oxuyun

Saytda daha çox