Şokolad ilə diqqətli olun
Bilirik ki, şokolad da asılılıq yaradan tərkibə malikdir.
Şəkər və stimulyatorlardan (məs: kofein) savayı, şokolad çoxlu yağlardan da ibarətdir. Təəccüblü deyil ki, bu aludəçilik piylənməyə aparır.
Əvvəlcə siz bir sıra suallara cavab verəcəksiniz,
bu sizin şokolad aludəçiliyinizin növünü müəyyənləşdirəcək:
Şokolad aludəçiliyinin tipləri
•Romantik tip - şokolad onlar üçün sevginin əvəzedicisidir;
•Gizli qurman - adətən sosial yığıncaqlarda şokoladdan imtina edir, evdə isə acgözlüklə yeyir;
•Şokoladda təsəlli görənlər çünki stress və həyat uğursuzluqları onları əhatə edir;
•Həftəsonu tipi - ancaq boş günlərində şokolad yeyirlər;
•Şəkərə aludə olan tip - şirin bir şey dişləmədən yaşaya bilməyənlər.
Hər bir tip üçün ayrı bir pəhriz vardır. Bizi şokoladı istehlak etməyə məcbur edən problemlərlə mübarizə aparmaq üçün hər dəfə ayrı-ayrı üsullardan istifadə etməliyik.
Pəhrizin faydası
Bu pəhriz sizə şokolad tamahınızı nə üçün üstələyə bilmədiyinizi anlamaqda kömək olacaq və zamanla siz şokolad aludəçisindən ona tez-tez əl uzatmayan birinə çevriləcəksiniz.
Bu pəhrizdə yağ azdır və kalori məhduddur, həmçinin şokolad aludəçisi insanların ehtiyaclarını nəzərə alınır.
Qurmanlar üçün
Qarınqulular üçün pəhrizin ilk həftəsinin proqramı belə olur: səhər yeməyi, iki yüngül yemək, bir əsas və bir qəlyanaltı. Əsas qidalar qıdalandırıcı karbohidratlı məhsullar olmalıdır, məsələn: sobada bişmiş kartof, meyvə, tərəvəzlər, salatlar və az yağı olan proteinər: dərisiz toyuq, yağsız qırmızı ət. İkinci həftə şokolad yemək olar (ancaq 150 kaloriyədək). Hədəfinizə yetənədək pəhrizə davam edin.