Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Tay mətbəxinin Çin mətbəxindən fərqi ondan ibarətdir ki, o, inqredientlərin seçimində müəyyən sərbəstliyə yol verir və beləliklə, daha fərdi və orijinaldır. Lakin, Tay mətbəxində dünyanın başqa mətbəxlərinin güclü təsiri hiss olunsa da, o, həmçinin öz xüsusi yeməkləri ilə fərqlənir, və bu onun orijinalliğının sirri hesab oluna bilər. Xörəklərin bişirmə vaxtı və ədviyyatların və ətirli otların seçimi aşbazın arzu və fantaziyasından asılıdır.
Gözəl dadından başqa, xörəyin həmçinin gözəl görünüşü olmalıdır. Bu səbəbdən Taylılar xörəyin estetik görünüşünə böyük əhəmiyyət verirlər. Tərəvəzlərin və meyvələrin üzərində naxışın açılması demək olar ki, incəsənətə çevrilib. Xörəklər çox vaxtı soğan, pomidor və ya xiyar dilimləri ilə bəzədilir.
Tay mətbəxində düyü bütün yeməklərin əsasını təşkil edir. O, dadları tarazlaşdırdığı üçün isti yeməklərin hazırlanmasında geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, düyü bişirilərkən, ona heç vaxt duz əlavə olunmur. Tay mətbəxində düyü Avropa mətbəxində geniş istifadə olunan çörək və kartofu əvəz edir.
Tay mətbəxi dörd əsas dadlardan ibarətdir: turş (limon və yetişməmiş manqo və ya ananas, sirkə), şirin (şəkər qamışı və ya dəymiş ananas), acı (acı xiyar) və duzlu (duz, balıq sousu). Yandırıcı dad bütün dadlardan üstündür. Nəfis xörəyin hazırlama sirri bütün dadların məharətli və ahənqdar birləşdirilməsindən ibarətdir.
Qərb mədəniyyəti meydana qələndən sonra, xörəklərin əl ilə yeyilməsi və ya birbaşa kasalardan içilməsi çəngəl və qaşığların istifadə olunması ilə əvəz olundu. Tay xörəklərini yemək üçün bıçağların istifadəsi tələb olunmur, çünki bütün inqrediyentlər xörək hazırlanarkan balaca tikələrə doğranılır. Xörəklər qaşığın üzərinə tikələrin çəngəl ilə qoyulması vasitəsilə yeyilir.
Tay mətbəxində inqrediyentləri ölçmək üçün ölçü alətlərindən istifadə olunmur. İşə təzə başlayan aşbazlar mətbəxdə daha təcrübəli aşbazların işini izləyərkən və onlara kömək edərkən təcrübəni toplayir.
Gai – toyuq əti
Netu – mal əti
Kung – krevetlər
Moo – donuz əti
Pla – balıq əti
Kaeng – karri yeməkləri
Phat – yağda qızardılmış yeməklər
Tom – bişirilmiş yeməklər
Yum - salatlar
Nam-tahn – şəkər
Nam-chaa - çay
Nam-yen – soyuq su
Nam-ron – isti su
Gleua - duz
Pet - ədviyyatlar
Rawn - isti
Yen - soyuq
Wan - şirin
Khem - duzlu
A-roy - dadlı
Gai - chicken
Netu - beef
Kung - prawns
Moo - pork
Pla - fish
Kaeng - curry dishes
Phat - fried dishes
Tom - cooked dishes
Yum - salads
Nam-tahn - sugar
Nam-chaa - tea
Nam-yen - cold water
Nam-ron - hot water
Gleua - salt
Pet - spicey
Rawn - hot
Yen - cold
Wan - sweet
Khem - salty
A-roy - tasty