Tərəvəzin rəngi nə məna verir?

16.10.2014

Boya elementlərindən asılı olaraq onlar 4 əsas qrupa ayrılır:

  • xlorofillər
  • karotinoidlər
  • betalainlər
  • flavonoidlər (dadlandırıcı elementlər)

Xlorofillər

Xlorofil bitkilərin tərkibindəki yaşıl piqmentdir. Hər bitkidə günəş şüasının udulması fotosintezi sürətləndirir. İlkin olaraq, bu onların böyüməsi üçündür. O, həmçinin insan bədəninin düzgün fəaliyyəti üçün vacibdir. Onun antioksidant və anti-iltihab xüsusiyyətləri var və kəsilmiş yaraların sürətli sağalmasına kömək edir. Əlavə olaraq, bədəni maqnezium ilə təmin edir, hüceyrələrə, toxumalara oksigenin çatdırılmasında qana kömək edir və anti-skleroz xüsusiyyətlərə malikdir. Xlorofil, həmçinin antikarsinogenik faktordur, çünki bədəni toksinlərdən və bir çox dərmanların yan-effektlərindən müdafiə edir.

Karotinoidlər

Karotinoidlər bir çox bitkilərə narıncı-sarı rəng verir- meyvələr, tərəvəzlər, çiçəklər. Bu boyaların əsas nümayəndələri: beta-karotin, likopin, ksantofil, lutein və zeoksantindir. İnsan bədənində karotinlərin 2 əsas funksiyası var. Birincisi, onlar azad radikalları neytrallaşdıraraq, antioksidant rolunu oynayır. Onlar bir çox xərçəng xəstəliklərinin yaranmasının önünü alır. Karotinoidlər gözün düzgün fəaliyyət göstərməsi üçün də vacibdir. Bəzi göz xəstəliklərinin riskini azaldır: makula degenerasiyası, katarakt və retina degenerasiyası. Bir çox tədqiqatlar həmçinin göstərir ki, bu boya elementləri qan-damar xəstəliklərinin qarşısının alınmasında vacib rol oynaya bilər.

Vegetable color

Betalainlər

Betalainlər çox vacib boya elementləri qrupu sayılmır. Onlara həmçinin, nisbətən az bitkidə rast gəlinir. Onlar bitkilərə, sarı, narıncı, qırmızı və çəhrayı rəng verir. Bu qrup boya elementlərinin farmokoloji üstünlükləri əsasən onların antioksidləşdirici fəaliyyəti ilə bağlıdır. Tədqiqatlar göstərir ki, betalainlər oksidləşdirici stressdən yaranan insan orqanlarına dəyən ziyanları azaltmağa kömək edir. Bundan əlavə, bu qrup birləşmələr azad radikalları yox edərək, hüceyrə lipid oksidləşməsinin qarşısını alır.

Flavonoidlər

Flavonoidlər çiçəklərdə, tərəvəzlərdə və meyvələrdə rast gəlinən əsas boya piqmentləridir. Onlar sarıdan maviyə qədər müxtəlif rənglər verir. Flavonoidlər antosyanin Kimi sinifləndirirlir- bioloji aktivliyi qan damarları və dövran sistema ilə bağlı olan maddələr. Flavonoidlər kiçik qan damarlarının divarlarını örtür və möhkəmləndirir, trombositlərdə anti-tromb funksiyasını yerinə yetirir. Bu birləşmələrin həmçinin, mikard dövranında faydalı təsiri var, ona görə də koronar ürək xəstəliyinə alternativ kimi istifadə oluna bilər. Son zamanlar, tədqiqatçılar flavonoidlərin antioksidant xüsusiyyətlərini kəşf etmiş və onlardan təbii antioksidant kimi, eləcə də azad radikalların (şişlərə və hüceyrə yaşlanmasına səbəb olan molekullar) təmizləyicisi kimi istifadə etməyə başlamışdır. Flavonoidlərin ağır metalları udmaq qabiliyyəti də var- bu bədəndəki zərərli elementləri təmizləməyə kömək edir.

Həmçinin oxuyun

Saytda daha çox