Türk mətbəxi

14.09.2009

Yeməklərin zənginliyi

Türkiyada adi səhər yeməyi çörək, qoyun pendiri, zeytun, pomidor, xiyar və həmçinin çoxlu çörək ilə yeyilən mərcimək şorbasından ibarətdir. Meze – müxtəlif qarnirlər – hər yeməkdə süfrəyə verilir.

Tərəvəzlərin ayrıca yemək şəklində istifadə olunması

Türk mətbəxində tərəvəzlər əsas yeməklərə əlavə olunduqdan başqa, həmçinin ayrı yemək kimi də istifadə olunur. Əla missal kimi çox məşhur türk "Imam Bayildi" yeməyini göstərmək olar.Hərfi mənası “İmamın ürəyi getdi” olan yemək soğan, pomidor və sarımsaq ilə doldurulmuş badımcandan ibarətdir. Maraqlısı odur ki, bu yemək zeytun yağında hazırlanaraq, süfrəyə soyuq halda verilir.

„İmamın ürəyi getdi”
Bu yemək haqqında danışanda, yeməyin adı ilə bağlı əfsanəni yada salmamaq olmaz. Deyilənlərə görə, bir imam həyat yoldaşı bu yeməyi hazirlayıb süfrəyə qoyanda, dadı inanılmaz dərəcədə ləzzətli olduğuna görə ürəyi getdi.
Turkey's Imam bayildi

Qəhvə və ya çay?

Türklər heç vaxt yemək yeyəndə tələsmir. Onlar yeməkdən həzz alaraq, asta asta yeyirlər.Bu eynilə içkilərə də aiddir. Kahve, məşhur türk qəhvəsi, xüsusi balaca qazançada bişirilir; üyüdülmüş qəhvə şəkər ilə qarışdırılır. Qəhvə hazır olanda, onu qulpsuz kiçicik fincanlara tökürlər. Qəhvə üç cür süfrəyə verilir: şekerli (çox şirin), orte (bir az şirin) və sade (şəkərsiz). Baxmayaraq ki, qəhvə olduqca populyar bir içkidir, çay bir nömrəli içki hesab olunur. Deyirlər ki, türkün işi olmayanda, o, mütləq gedib çay içəcək. Çay10 dəqiqəyə kimi dəmlənir. Qaynar su tünd çayın üzərinə tökülərək, çoxlu şəkər əlavə olunur. Çay balaca armudu stəkanlarda verilir.

Mezze yeməklərin əsasıdır …

Türkiyədə yalnız qəlyanaltıları süfrəyə verən bir çox restoranlar var. Çox qidalı və ləzzətli olduqlarına görə, onlar adi yeməyi asanlıqla əvəz edə bilir. Bir çox qəlyanaltılar sırasında beyaz peyniri – qoyun pendiri, yaprak dolmasi – üzüm yarpaqlarına bükülən ət, tarama – treska kürüsündən paştet, və ya kabak kizartmasi – yoqurt sousunda qızardılmış yunan qabağı qeyd etmək lazımdır. Türklərin ən çox sevdikləri yeməklərdən biri "Imam bayildi" yeməyidir – pomidor, soğan və sarımsaq ilə qızardılmış badımcan. Sadalanan qəlyanaltıları əl ilə yemək mümkündür.

Turkey Sacred Koran

Ət, ət və yenə də ət

Ənənəvi türk ət yeməkləri bütün dünyada məşhurdur. Koran türklərə donuz ətini yemək qadağan edir, halbuki qoyun ətini yeməyə icazə verilir. Türk mətbəxində tərəvəzlər çox vaxtı ət ilə doldurulur. Türkiyanın dəniz kənarı şəhərlərində balıq və dəniz məhsullarından geniş istifadə olunur.
Kəbab – şişdə qızardılan ətin qısa tarixi
Türk kəbabi haqqında nə deyə bilərsiniz? Onu heç vaxt dadmayan bir adamı tapmaq mümkündürmü? Əfsanəyə əsasən, Bursa şəhərində İskəndər adlı bir aşpaz kəbab qızartmaq üçün manqal ixtira edib. Türk əsğərləri evdən uzaqda olanda, əti öz qılınclarında qızardırdılar. İskəndər siftə dik manqalı ixtira edib - onun fərqi ondan ibarət idir ki, damcilayan yağ ətin canına çəkilirdi. Buğün bu ixtiranı dünyanın bir çox kəbabxanalarında görmək olar. Kəbab adətən pita çörəyin arasında salat ilə verilir.

Südlü souslar

Türkiyədə süddən çox populyar olan qatı və biraz duzlu yoqurta oxşar sous hazırlayırlar. Həmin sous bir çox içki və ayran kimi duz, xırda doğranılmış xiyar, yaşıl soğan və su və ya buz kubikləri ilə birləşdirilən sousların əsasıdır.

Türk şirniyyatları

Hər hansı başqa mətbəxdə olduğu kimi, Türk mətbəxində özünəməxsus şirniyyat və desertlər var. Qarpız, ərik və ya xurma kimi təzə meyvələr çox populyardır. Lakin paxlava başda olmaq ilə şirniyyatlar Türk mətbəxində xüsusi bir yer tutur. Paxlava çox ləzzətli içi qoz ilə doldurulan üzərinə şirin bal və ya şirə tökülən şirniyyatdır… Paxlava hələ Assiriya zamanlarından məlum idi, lakin paxlavanın reseptləri türk kulinar kitablarında 15-ci əsrdən qeyd olunmağa başladı. Kadayif həmçinin türklərin çox sevdikləri şirniyyətidir. O, balda olan goz və toxumların qarışığıdır. Hər kəs həmçinin türk şiniyyatı olan halva və dünyadaməşhur olan acibadem kurabiyesi adlanan marsipanın nə olduğunu bilir.

Həmçinin oxuyun

Saytda daha çox