Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Aerobika məşqləri zamanı ürək-damar sistemi bədənin fiziki yükünün artmasına reaksiya olaraq əzələlərin funksiyası üçün lazımlı olan oksigen qəbulunu artırır.. Ritmik məşqlər bədənin oksigen istəyini artıran geniş əzələlər üçündür.
Aerobika bədənimizə müsbət təsir edir: piy toxuması kiçilir, düzgün çəki geri qayıdır, qan təzyiqi stabilləşir, qandakı xolestrolun miqdarı düşür. Gənc görünür və daha gümrah hiss edirik
Məşqlərin növləri
Aerobika məşqləri qrupuna gəzinti, rəqs, step, üzgüçülük, velosiped sürmək və s. daxildir. Həm kişilər, həm də qadınlar bu tip fiziki fəaliyyətdən faydalana bilərlər.
Müntəzəm idmanın faydaları
Daimi idman (məs: gündə 30 dəq.) məşqin bütün faydalarını verir:
bədənin immunitetini artırır
əhvalı qaldırır, depressiyanın və qorxuların qarşısını alır
rahat yuxu bəxş edir
piyləri azaltmağa və çəki üzərində nəzarətə kömək edir
Məşqlər
Başlanğıcda, məşqləri həftədə 3 dəfə etmək və getdikcə vaxtı və intensivliyi artırmaq yaxşıdır.
Aerobika məşqləri adətən, 3 hissədən ibarət olur:
İsinmə. Bədən ekstensiv cəhdlərə hazır olmalıdır; ürək döyünmələri və əzələ temperaturu artan kimi isinmə hərəkətlərini etmək məsləhətlidir. Bu halda, zədələnmə riski də az olur. Vaxt: 5-10 dəq.
Aerobika məşqləri (kardio). Bu qan dövranını və tənəffüs sisteminin effektivliyini gücləndimək üçün və piy toxumalarını azaltmaq üçün nəzərdə tutulub. Burada ən effektiv olanı, bədəndə oksigen dəyişikliyinə səbəb olan, yumşaq, amma uzun sürən, intensiv məşqdir. Təxminən 25-45 dəq. sürür.
Xüsusi əzələləri qüvvətləndirmək üçün məşqlər. Bu məşqlər spesifik əzələlər üçün nəzərdə tutulub və çəki daşları ilə edilir. Vaxt: 5-10 dəq.