Afinasayağı balıq

15.01.2015

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!

Bibəri iri dilimlərə doğrayırıq, yumşalana qədər kərə yağında qızardırıq. Zövqə görə düz qatırıq və boşqaba qoyuruq ki, yağı çıxsın. İki yumurta çalırıq və qaymaqlı pendiri əlavə edirik, çalmağa davam edirik. Bu kütləyə ispanaq və iki qaşıq qıtığotu əlavə edirik. Yenə çalırıq. İndi balığın növbəsi gəlib çatdı - hərarətə davamlı, Pyrex markalı sobada bişirmək üçün tavaya bütöv fileni qoyuruq. Üstünə ispanaq kütləsi tökürük və o biri file parçasını üstünə qoyuruq. Balığı folqaya bükürük və 20 dəqiqə ərzində sobada bişiririk. İsti balığı qızardılmış bibərlə süfrəyə veririk və ənənəvi yunan resepti üzrə hazırlanmış dadlı və xeyirli Afinasayağı balıqdan zövq alırıq.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

Afinasayağı balıq

Həmçinin oxuyun

Saytda daha çox