Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Lobya proteinin dəyərli mənbəyi kimi veqetarianlar üçün tövsiyyə olunur. Elmi olaraq, sübut olunub ki, onlar ətdən daha çox proteinə malikdir. Qırmızı lobyalar B vitaminlərinin, xüsusilə antidepresan sayılan və yaddaşı inkişaf etdirən B1 vitaminin zəngin mənbəyidir. Lobyalar, həmçinin, qan dövranı sisteminin qayğısına qalan və sümüklərin sağlamlığını artıran kalium, kalsium və fosforla zəngindir. Əlavə olaraq, lobyalar çoxlu dəmir, fol turşusu, selenium və sinkdən ibarətdir. Bu minerallar həzm, immun sisteminin düzgün funksiyasında vacib rol oynayır və azad radikalları neytrallaşdırır. Lobyalarda olan liflər artıq xolestrolu bədəndən təmizləyir və ürək-damar sisteminin işinə müsbət təsir edir. Bundan əlavə, qırmızı lobyalar, kişilər üçün prostat xərçəngi riskini azaldan və menopoz zamanı qadınlara köməkçi olan birləşmələrlə- izoflavonlarla zəngindir. Qlisemik səviyyəsinin azlığı lobyaların digər bir üstünlüyüdür. Bu, qanda şəkərin miqdarını sabit saxlamaq üçün bizə kömək edir. Qırmızı lobyada olan piqment antioksidant kimi vacib rol oynayır.
Ağ lobyalar da tərəvəz proteinin zəngin mənbəyidir. Bu tərəvəz bədənin düzgün funksiyası üçün lazımlı, A, E, B vitaminləri ilə, eləcə də dəmir, mis, sink, fosfor, maqneziumla zəngindir. Alkalin yaratma xüsusiyyətlərinə görə, lobyalar bədənin turşu balansını saxlamaqda yardımçı olur. Lobya toxumları, həzm sisteminə kömək edən liflərin əla mənbəyidir. Əlavə olaraq, ondan istifadə bağırsağın bakterial florasında, mədəaltı vəzi, qara ciyər və qalın bağırsaqda faydalı təsir edir. Təsdiq olunub ki, pəhrizimizdə ağ lobyaların olması, ümumi xolestrol səviyyəsini azaldır və nəticədə, ürək xəstəliyi riskinin qarşısını alır. Bu növ lobya, sinir sistemimizdə və yaddaşımızda yaxşı təsiri olan leçitinin təbii mənbəyidir.