Yayda cazibədar görünmək istəyirsizsə, bunun məşqlərlə əldə oluna biləcəyindən xəbərdar olun. Sizə lazım olan ardıcıllıq və yaxşı motivasiyadır. Sellülitdən qurtulmaq və bədəni daimi möhkəmləndirmək üçün asan nümunələr bunlardır. İlkin olaraq, həmişə isinmə ilə başlayın və dartınma hərəkətləri ilə bitirin ki, bu əzələ diskomfortunun qarşısını alsın. Selulitdən qurtulmağın və yağlardan azad olmağın ən yaxşı və effektiv yolu üzməkdir, çünki üzmək bütün bədəni hərəkət etdirir. Qaçış da ayaq və yan əzələlərini effektiv şəkildə yığcam edir. Əgər yan əzələlərinin yığcam olmasını istəyirsizsə, əlavə olaraq bu məşqi edə bilərsiz - arxası üstə uzanaraq 20 dəfə olmaqla 3 set çanaq hissənin qaldırıb endirmə hərəkəti. Məşqdən öncə və sonra çoxlu su içməyi unutmayın, əks təqdirdə bədən suyu sürətlə buxarlandıracaq və quru olacaq. İradə və gündəlik praktika ilə nəticə tezliklə əldə olunacaq!
Gözəl görkəmli arxa əldə etmək üçün aşağıdakı bu üç idman hərəkətlərini bir arada etməyi sınaqdan keçirə bilərsiniz:
- uzunqulaq təpikləri
- sallağı oturuş
- qılınc zərbəsi
Əgər əvvəllər qaçmağa cəhd etməmisinizsə və ya bunu xoşlamayacağınızdan qorxmusunuzsa sevdiyiniz musiqilərin siyahısını tərtib edin. Siz həmçinin qaçmaq üçün özünüzə yoldaş tapmaqla ürəyə faydalı olan bu hərəkətin ləzzətini dada bilərsiniz.