Bənövşəyi tərəvəzlər - antioksidantların zəngin mənbəyi

20.10.2014

Bənövşəyi rəng kimi antosiyanin - güclü antioksidant xüsusiyyətləri olan təbii rənglərdən əmələ gəlir. Bu rəng qrupunun ən vacib xüsusiyyətləri bunlardır:

  • qan təzyiqinin azaldılması
  • diabetin qarşısının alınması
  • azad radikalların tutulması
  • Parkinson, Altshaymer və çoxsaylı skleroz xəstəliklərinin qarşısının alınması
  • görmənin inkişafı

Bənövşəyi qida antioksidantlarla zəngindir. Hüceyrələri yaxşı vəziyyətdə saxlamaq üçün onları yaxşı qidalandırmaq və oksigenləşdirmək vacibdir. Azad radikallar hücum edə bilir və hüceyrələri zədələyir, zədəli membranlar isə metabolizmi tamamlaya bilmir. Antioksidantlar birbaşa azad radikalları bədənimizdən təmizləyərək, hüceyrələrin sağlam olmasını və bunun nəticəsində orqanların yaxşı vəziyyətdə qalmasını təmin edirlər. Antosiyaninin (tərəvəzlərə bənövşəyi rəngi verən maddə) iltihaba qarşı effektlidir, trombositlərin yığılmasını əngəlləyir və qan kapilyarlarını qüvvətləndirir. Onlar gözlərin qorunmasında da çox qiymətlidir. Son tədqiqatlar göstərir ki, bənövşəyi meyvə və tərəvəzlərin yeyilməsi Altshaymer, Parkinson və çoxsaylı skleroz xəstəliklərinə qarşı müsbət rol oynayır.

Bənövşəyi məhsullara aiddir:

  • qırmızı soğan
  • çuğundur
  • badımcan
  • qırmızı lobya
  • qırmızı kələm

Həmçinin oxuyun

Saytda daha çox