BKİ kalkulyatoru

14.09.2009

bki-bədən-kutləsinin-indeksi-kalkulyatoru

BKİ-nizi hesablayın!

BKİ nə üçün hesablanmalı?

O, ateroskleroz, diabet, hipertoniya, ürək tutması, ürəyin işemik xəstəliyi kimi köklük ilə bağlı olan xəstəliklərin riskini qiymətləndirmək imkanı verir. Siz orqanizminizdə piy toxumasının artıqlığı və ya defisiti diaqnozu qoya bilərsiniz.

BKİ-ni necə hesablamaq lazımdır?

boyu (metrlə) kvadrata yüksəldin, yəni boyu (metrlə) özünə vurun,
sonra çəkini (kiloqramla) alınmış nəticəyə bölün

BKİ-nizi hesablayın

ÜST-in (Ümumdünya Səhiyyə Təşkilatı) məruzəsinə əsasən:

  • BKİ qadınlarda 21-ə, kişilərdə isə 23-ə bərabər olduqda çəki optimaldır,
  • BKİ 19-la 25 arasında olduqda bədən çəkisi normaldır,
  • Artıq çəki - 25-dən çox olan BKİ
  • Piylənmə - 30-dan çox olan BKİ

Vacib: BKİ 25-lə 29 arasında olduqda, xüsusi təhlil edilməklə müəyyən olunmalıdır ki (məsələn, antropometrik ölçülmələr və nüvə-maqnit rezonansının köməyi ilə), köklüyün səbəbi doğrudan da bədən piyidir, yoxsa yaxşı inkişaf etmiş əzələ kütləsidir (məsələn, idmançılarda), ya da genlərdən asılıdır. Bu cür hallarda WHR indeksini hesablamaq lazımdır.

Hansı qrup adamlarda BKİ-sinin sağlamlığa ziyan verib-verməyəcəyini müəyyən etmək çətindir?

  • Hamilə qadınlar
  • İdmançılar və yaxşı inkişaf etmiş əzələ toxumasına malik olan insanlar
  • Uşaqlar (böyümə dövründə)
  • Yaşlı insanlar (dəqiq boyun ölçülməsində çətinliklər yaranır)

BKİ necə interpretasiya olunmalıdır?

Yüksək BKİ diabet, ateroskleroz, ürəyin işemik xəstəliyi kimi xəstəliklərin əmələ gəlməsi riskinin daha yüksək olduğunu göstərir.
Həddən artıq aşağı BKİ anoreksiyaya gətirib çıxara bilər.
Həkimlərin fikirinə görə, normal BKİ-yə malik olan insanlar daha çox yaşayırlar, BKİ-si normal olmayanlar isə risk altındadırlar.

Həmçinin oxuyun

Saytda daha çox