Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Bonduelle GOLD qarğıdalısının mayesini boşaldın və qaba qoyun. Jele kubları düzəldin - bunun üçün istənilən meyvə jelesini götürün, ona adətən lazım olan miqdardan iki dəfə az su əlavə edin. Sonra isə onu yastı formaya tökün və yarım saata soyuducuya qoyun. İndi isə buzu blenderdə doğrayın və mütləq yoxlayın ki, iri parçalar qalmasın. Buzun üstünə çiyələkli və ya albalılı sirop gəzdirin. Sonra isə buzun üstünə bir xörək qaşığı əvvəlcədən yuyulmuş lobya və iki xörək qaşığı şirin qarğıdalı qoyun. İndi isə hamar kublara doğranmış jele ilə deserti bəzəyirik. Hər cür şirin meyvə əlavə edə bilərsiniz. Xörəyi süfrəyə dərhal verin, sadəcə bir yarpaq nanə əlavə edin.