Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Xüsusi çəki azaltma pəhrizlərinə əməl etmədən siz bayramlar zamanı yığdığınız çəkini cəmi üç günə itirə bilərsiniz. Bunun üçün sadəcə bu günlər ərzində meyvə-tərəvəz xörəkləri və yoqurtla kifayətlənmək lazımdır. Limon şirəsi və zeytun yağı bədəni toksinlərdən təmizləyir, paxlalar isə bağırsaq fəaliyyətini stimullaşdırır. Bu müddət üçün müvafiq olan digər qida məhsulları kefir, müxtəlif növ şirələr, tərəvəz şorbaları və çaydır. Bu müddət ərzində müvafiq pəhrizə əməl etmək bayramlardan sonra çəkinin azaldılmasını təmin edir.