"Cənub çimərliyi" pəhrizi

21.05.2013

Sağlam qidalanma proqramı

"Cənub çimərliyi" arıqlama pəhrizi yox, sağlam qidalanma proqramıdır. Əsasında Qlisemik İndeksi (Qİ) nəzəri biliyi durur - diabet, eləcə də ürək xəstəlikləri, piylənmənin müalicəsinə və idman adamlarının fiziki formasının saxlanılmasına kömək olur.

Cənub çimərliyi
Yeməkdən sonra qandakı şəkərin miqdarı artır, xüsusilə Qİ ilə zəngin ərzaqlar bu artımı sürətləndirir. Qanda belə şəkər artımı iştahı qaldıran insulin ifrazına səbəb olur, ona görə də yenidən yemək istəyirik, çox vaxt bu yemək elə bütün prosesi başladan yeməklə eyni olur. İnsulinin səviyyəsinin artımı ilə bədən az kalori yandırır.
Cənub çimərliyi

Qlisemik İndeksi

Bu indeks qandakı şəkərin miqdarına təsir edən ərzaqların sıralamasına görə yaradılıb.
Aşağı indeksli ərzaqlar qandakı şəkərin miqdarını az artırır, buna görə də aclıq hiss etmirsiz və orqanizmin yağ turşularını enerjiyə çevirmək üçün zamanı olur.
Unutmayın: yaxşı hiss etmək üçün yeyilən çipslər və biskivitlər heç bir şeyə kömək etmir, əksinə vəziyyətinizi daha da ağırlaşdırır.Aşağı indeksli ərzaqlar: alma şirəsi, yumşaq meyvələr, lobya, basmati düyüsü, qara çörək və yoğurt. Bu tam list deyil; aşağı Qİ (Qlisemik indeksli) ərzaqları tapmaq üçün xüsusi cədvəllər də var.

Nümunəvi menyu:

Səhər yeməyi Myüsli Qızardılmış çörək, yağ və qaynadılmış yumurta
Lanç Yağ ilə tam buğa çörəyi, toyuq və salat Tərəvəz supu, meyvə
Nahar Yüksək karbohidratlı buğda məhsulu və tərəvəzlər İstənilən qədər yaşıl tərəvəz Az miqdarda ət və lobya çeşidləri, mərci və ya tofu Buxara verilmiş meyvə və ya meyvə şərbəti
Qəlyanaltı ( boş zamanda yemək üçün) Az yağlı yoğurt və ya bir dilim pendir, Qızardılmış tam buğda çörəyi, Meyvə, təzə tərəvəzlər ( kök və kərəviz), Az yağlı, Graham krakerləri, Fermer pendiri

Həmçinin oxuyun

Saytda daha çox