Çex mətbəxi

31.03.2010

Çex mətbəxi

Çexiya tarixi və ənənələrilə çox sıx bağlıdır. Xörəklər köhnə slavyan reseptlərə uyğun bişirilir, və tez-tez Almaniya kimi qonşu ölkələrin təsiri nəticəsində bir qədər dəyişdirilir.Uzun müddət ərzində Çexiya Avstriya və Macarıstan hökmranlığı altında olub ki, bu da ölkənin mətbəxinə əhəmiyyətli dərəcədə təsir göstərib. Çexiyanın mətbəxində həmçinin Slovakiya, Alman Bavariya və ya Polşa Silesiya kimi qonşu ölkələrin də təsirini duymaq asandır.

Nahar günün əsas yeməyidir

Çexiyada gündəlik qida menyusu səhər yeməyi, nahar və şam yeməyindən ibarətdir. Nahar günün əsas yeməyini təşkil edir.
Legumes, cabbage and other nutritional vegetables are valued in Czech cuisine.
O, masada mütləq olmalı olan şorbadan, əsas xörəkdən və desertdən ibarətdir. Hal hazırda bu ənənə daha az doyumlu, amma daha tez-tez qəbul edilən yeməklərlə əvəz olunur. Çex mətbəxində ən çox donuz, mal, quş əti, tərkibində çoxlu miqdarda yağ və ya qaymaq olan ətirli souslar, çörək, və dolğun ətli və ya balıqlı şorbalardan istifadə olunur.

Çex mətbəxinin ətirləri

Çex süfrəsində olduqca populyar olan toyuq bulyonu və ya tomat şorbasının yanında cesnakova polevka adlanan sarımsaq şorbası, içalatdan hazırlanmış tripe - drstkova polevka şorbası və qulyaş şorbasını görmək olar. Qulyaş xüsusilə populyardır – o, ətirli, ədvalı souslarda pörtlənmiş ətdən hazırlanır. O, knedliky – çörək, maya və ya kartof qaluşkaları ilə verilir. Knedliklər kartof və ya düyünün əvəzinə istifadə olunur. Çex mətbəxində tərəvəzlər həmçinin çox sevilir, məsələn, qızardılmış gül kələmi - smazeny kvatak, kartof blinçikləri – bramboráky və ya noxud pyuresi - hrachova kase. Mazeny syr - sous və kartof qızartması ilə verilən çörək qırıntılarında qızardılan pendir də Çex mətbəxi üçün çox səciyyəvidir. Desertlərə gələndə isə, şirin knedliklərdən başqa, süfrəyə balaca piroqlar və blinçiklər – palacinky, və həmçinin içi şokoladlı və ya qozlu vaflilər və ya şirin kruassanlar qoyulur.
Dinner is the base of Czech flavours and is the main meal of Czech cuisine.

Çex süfrəsində tərəvəzlər

Yalnız bu yaxında Çexlər, sağlam yemək meylin yayılması ilə bağlı, xörəklərində kifayət qədər tərəvəzlərin istifadə olunmasına fikir verməyə başladılar. İndi pomidor, xiyar və duzlu tərəvəzlərdən başqa, Çex süfrələrində yüksək qida dəyəri olan tərəvəz salatlarını görmək olar. Çex mətbəxində paxlalılar və kələm xüsusilə qiymətləndirilir.

Pivə kultu

Çexiyada 500 yaxın pivə növləri var. Pilsner və ya Budüeiser kimi məşhur pivə evlərilə yanaşı, daha az tanınan brendlər və yerli pivə zavodları yüksək keyfiyyətli pivə istehsal edirlər. Pivə Çex ənənəsinin ayrılmaz bir hissəsidir. Nəinki pivənin qayırılması, hətta onun süzülmə və içilmə qaydaları rituala çevrilib. Bu sahənin qurmanları və mütəxəsissləri deyirlər ki, pivə yavaş-yavaş, tələsmədən süzülməlidir, çünki bundan ən vacib hesab edilən pivə köpüyün miqdarı və keyfiyyəti asılıdır.

Həmçinin oxuyun

Saytda daha çox