Çimərlik və ya gəzinti üçün münasib yeməklər

13.07.2015

Sağlam qalmaq və eyni zamanda dadlı və bəsləyici qidalardan yemək çox asandır, hətta qeyri-iş günlərini istirahətə sərf etsəniz və ya yay axşamları işdən evə yorğun gəlib yemək bişirmək həvəsində olmasanız belə. Təklif etdiyimiz və hazırlanması elə də çox vaxt aparmayan qəlyanaltılar yay günlərini rahat şəkildə keçirməyiniz üçün sizi kifayət qədər enerji ilə təmin edəcək.

Çörəkarası:

Çörəkarası və ya lavaşı götürün və içərisinə sevimli inqrediyentlərinizi əlavə edin. Aşağıdakı kombinasiyalardan da istifadə edilə bilərsiniz:

  • toyuğun döş əti, konservləşdirilmiş qırmızı lobya, doğranmış manqo, qırmızı soğan;
  • tunes, kök və xiyar çubuqları, konservləşdirilmiş qarğıdalı;
  • toyuq, mozzarella pendiri, qurudulmuş pomidor.

Всё очень просто

Qəlyanaltını daha da dadlı etmək üçün sous və ədviyyatlar əlavə edə bilərsiniz. Seçimlər sonsuzdur. Sonra çörəkarasını və ya lavaşı alüminium folqaya büküb qaba qoyun.

Всё очень просто

Şişlik qəlyanaltı:

помидор черри

  • çeri pomidoru, mozzarella kürəciyi, təzə reyhan yarpağı – 2 dəfə təkrar edin;
  • qarpız dilimi, çeri pomidoru, təzə reyhan yarpağı – 2 dəfə təkrar edin;
  • qızılbalıq dilimi, qırmızı istiot və ya soğan-kəvər, limon;
  • bibər, kabak, qırmızı soğan.

цукини

Ədviyyat seçimində sizə uğurlar. Çoxlu sayda təzə göyərtidən istifadə edin və şişləri qaba qoyun.

Dostlarınız və ailənizlə birgə bu sadə qəlyanaltıları yeməkdən həzz alın.

Əgər üstünüzü kirlətsəniz narahat olmayın, dəniz yaxındadır ;)

Наслаждайтесь этими простыми закусками с друзьями и семьёй

Həmçinin oxuyun

Saytda daha çox