Çörəyin kalori dəyəri

02.10.2010
Find out how many calories are there in bread. Calories chart will help you to find out amount of proteins, fats and carbohydrates are in bread.

Çörək kifayyət qədər yüksək qida və enerji dəyəri olan məhsuldur; bu səbəbdən o, uşaqlar üçün qida piramidin əsasını təşkil edir. Çörəkdə çox miqdarda gözəl enerji mənbəyi olan faydalı mürəkkəb karbohidratlar var; onda həmçinin foli turşusu, sink, maqnezium, kalsium, bəzi proteinlər və sellüloza, həmçinin əsəb hüceyrələrinə müsbət təsir göstərən B qrupu vitaminləri var.

Un məmulatların kalori dəyəri
MəhsulMiqdarEnerji(kilokalori)Zülal(qr)

Yağ

(qr)

Şəkər

(qr)

Jemli keks100 qr2845,361,02,1
Baqet100 qr2827,91,760,1
Bulka100 qr2998,05,353,7
Pendir bulkası100 qr31810,612,340,1
Ponçik100 qr2965,613,038,8
Jemli bulka100 qr2936,54,257,1
Hörük şəklində ağ çörək100 qr3337,07,061,6
Xaş-xaş bulkaları100 qr3047,55,255,5
Adi çörək100 qr2455,41,357,0
Ruletlər100 qr2358,00,948,9
Qara çörək100 qr2235,61,751,5
Tost100 qr3058,14,758,8
Ağ çörək100 qr2496,81,456,0
Buğda undan hazırlanmış ruletlər100 qr2727,31,558,5
Dənli çörək100 qr2288,61,443,9

Çörəyin qida dəyəri

Qida dəyəri nöqteyi nəzərdən, qara çörək ən qidalı hesab olunur – qara undan bişirilmiş çörəkdə çoxlu vitamin və mineral duzları, və həmçinin dənin qabığında olan dəyərli sellüloza var. Ağ çörəyin qida dəyəri azdır, kalori dəyəri isə başqa çörəklər ilə müqayisədə çoxdur. Tərkibində günəbaxan, balqabaq, küncüt, len, xaş-xaş, qarğıdalı və ya kumin kimi yağlı tumları olan çörək vitamin, mineral duzlar və doymamış yağlı turşuların əlavə mənbəyidir.

Çörəyin sağlam pəhrizdə rolu

Qara çörəyin tərkibində olan sellüloza bağırsaqları yemək qalıqlarından təmizəyir, peristaltikanı gücləndirir və artıq suyu canına çəkir. Qara çörək yeməklə, biz bir neçə saat ərzində aclıq hiss etmirik. O, iştahanı tənzimləyir və bizlərə sağlam və gözəl qalmaqda kömək edir. Bundan əlavə, o, qanda olan xolesterinin səviyyəsini azaldır, çünki o, xolesterinin həzm sistemindən sorulmasının qarşısını alır. Qara çörək yemək üçün əks göstərişlər: xoralı xroniki qastrit, xroniki duodenal xoralar, həmçinin ciyər və bağırsaq xəstəlikləri – qara çörək turşuları əmələ gətirir və meteorizmin səbəbi ola bilər. Dənli bitkilərdə qlüten var; beləliklə seliakiyadan əziyyət çəkən insanlar adi çörəyi yeyə bilmir. Bu həmçinin təbii proteinlərə dözümü olmayan fenikeltonuriya xəstəliyindən əziyyət çəkən insanlara aiddir. Ağ çörək yüngül və dadlıdır. O, uşaqlar, qıcıqlandırılmış bağırsaq, xoralı xroniki qastrit və yaxud pankreatit xəstəlikləri olan insanların qida rasionunda istifadə olunmalıdır. Çörəyi həddindən artıq yeməsəniz, kökəlməyə yol verməzsiniz.

Tövsiyyə olunan saxlama qaydaları

Ən yaxşısı odur ki, çörəyi taxta və yaxud plastic konteynerlərdə, və yaxud kətan əskisinə büküb saxlayasınız. Konteynerin içinə alma və yaxud kartof qoymaq çox yaxşıdır – çörək daha uzun müddət ərzində təzə qalar. Çörəyi hətta üç ay ərzində dondurulmuş halda saxlamaq mümkündür. Onun ətirini qoruyub saxlamaq üçün çörək yaxşı bükülməlı və soyuducuda saxlanmamalıdır, çünki o təzəliyini itirə bilər.

Həmçinin oxuyun

Saytda daha çox