Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Yerkökü çipsləri: Yerkökülərini dilimləyin. Bir qədər sous hazırlayın: sarımsaq dişini əzin, 4 qaşıq yoqurtla və bir qaşıq şüyüdlə qarışdırın. Ədviyyat əlavə edin.
Diş çöpündə məzələr: Sarı bibəri və bəyaz pendiri kubşəkilli doğrayın. Yaşıl zeytun, xırda pomidor, bəyaz pendir və bibər kublarını diş çöpünə keçirin. Məzələri cəfəri və yoqurt sousu ilə süfrəyə verin.
"Kostyum"da xiyar: xiyarı yarı bölün və uzun zolaqlı uzuna doğrayın. Bir dilim vetçina ilə bükün. Yaşıl soğanla "lent" bağlayın.
Darçınlı alma: turş almanı ikiyə ayırın və darçın səpin. 2-3 dəqiqəliyə mikrodalğalı sobaya qoyun. İsti-isti süfrəyə verin.
Sitrus salatı: Bir ədəd mandarin, portağal, kivi və bir ovuc qoz kubşəkili doğrayın. Üzərinə limon şirəsi gəzdirin.
Qreypfrutlu myusli: qreypfrut hissələrini doğrayın; bir çay qaşığı maye bal əlavə edin. İki xörək qaşığı taxıllı myusli ilə qarışdırın.
Yoqurt kasası: 2 fincan təbii yoqurtu və ya kefiri tavada qızardılmış bir qaşıq buğda kəpəyi ilə qarışdırın, 1 xörək qaşığı doğranmış quru meyvələr (gavalı, ərik) əlavə edin. Bir qədər darçın əlavə edin.
Soyuq göyərti supu: Xiyarı sürtkəcdən keçirin; bir fincan kefir və ya ayran, bir qaşıq doğranmış şüyüd, cəfəri və reyhan əlavə edin. Bir qədər duz və istiot əlavə edin.
Kəsmikdə portağal: yağsız kəsmiyi ovun. Portağalı soyun və kubşəkilli doğrayın. Kəsmiyə əlavə edin və "bir qədər qarışdırın. Üzərinə təzə nanə yarpaqları əlavə edin.