Dünyanın ən yaxşı mətbəxləri

14.09.2009

Dünya mətbəxi Sizin boşqabınızda!

Xörək hazırlamaq prosesi bezdirici və ya monoton omamalıdır. Biz Sizi dünya mətbəxlərinə maraqlı və dadlı kulinar səfərə dəvət edirik; burada Sizə yeni ləziz dadları necə aşkar edə biləcəyinizə dayir tövsiyyələr və təkliflər edəcəyik. Siz müxtəlif ölkələrin qida vərdişləri haqqında oyrənəcəksiniz. Görən hansı mətbəxi daha maraqlı hesab edəcəksiniz? Günəşli İtalyan mətbəxi, odlu-alovlu Meksikan, nəfis Fransız, və yaxud tayi-bərabəri olmayan şərq mətbəxinəmi üstünlük verəcəksiniz? Bunu indi və burada özunuz aşkar edin. Səfərimizi özündə İtalyan və Türk mətbəxlərin təsiri cəmləşdirən

Yunan mətbəxindən başlayırıq. Yunan mətbəxində Aralıq reqion üçün səciyyəvi olan zeytun yagı, tərəvəzlər və otlardan geniş istifadə olunur. Yunan mətbəxinin sirri yeməkləri birlikdə bişirib yemək vərdişindən ibarətdir. Yunanlılar yaxşı yeməyi sevir; bu səbəbdən onlar dadlı mətbəxi çox qiymətləndirir. Ona görə Yunanlıların milli xörəkləri olan qözəl qizardılmış suvlaki yemək üçün uzaq bir məsafədə yerləşən restorana qetməyə hazır olduqları bizi təəcübləndirməməlidir.

Səfərimizi İspaniya mətbəxi ilə davam edirik. İspan mətbəxi bizi ət, balıq və tərəvəzlərdən hazırlanmış xörəklər ilə valeh edir. Onun orijinal dadına qörə biz keşmiş vaxtlarda İberiya yarımadada yaşayan insanlara minnətdar olmalıyıq. İspan mətbəxi paelya və qaspaço kimi xörəklər ilə məşhudur.

Növbəti dayanacaq Yaponiyadır. Yapon mətbəxi təbiyi və ahəngdardır və dünyanın ən saglam mətbəxi hesab olunur. Dünyanın bütün ölkələrində suşi barların sayı sürətlə artır. Ağ düyü və soya demək olar ki bütün xörəklərdə istifadə olunur. Yaponiya mətbəxi öz gözəl dadı, qeyri-adi forması, bəzi məhsulların çiy-çiy istifadə olunduguna görə bizi təəcübləndirir. Bu mətbəxdə balıq çiy-ciy stifadə olunduğu üçün bəzi insanlar yapon yeməklərini əlverişli hesab etmir. Yaponiyada yemək qəbulu ritualı eləcə insan orqanizmin ehtiyaclarını ödəmək deyil, həmçinin estetik ehtihacların ödınilməsinə yönəldiib. Süfrəyə verilən böyük zövq ilə bəzədilmiş yeməklər pozitiv emosiyalara təkan verir və nəticə etibarı ilə gözəl əhval-ruhiyyə yaradır.

Meksika mətbəxi son illər ərzində hitə çevrilib, beləliklə, yolumuz İspan konkistadorların kulinariya sahəsi daxil olmaqla bir çox başqa sahədə iz goymuş Meksikaya düşür. Bu iki mədəniyyətin birləşməsi çox ətirli və odlu-alovlu mətbəxin formalaşması ilə nəticələndi. İspanlar qəlməzdən əvvəl, qarğıdalı qidanın əsasını təşkil edirdi və tortilya adlanan Meksikan çörəyin bişirilməsi üçün istifadə olunurdu.

İndi isə tarazlıqı təmin etmək üçün Tay mətbəxinə keçək. Şirin və turş, həmşinin acı və şirin dadların ideal birliyini əks etdirən ləziz Tay mətbəxi bu ölkəyə gəlib onun gözəl xörəklərini dadmaq üçün yaxşı bir səbəbdir. Təzə otlar və laym ətirin, həmçinin koriandrın istifadə olunması bu ölkə üçün səciyyəvidir. Asiya mətbəxində düyü bir çox yeməklərin əsas inqrediyeni təşkil edir. Tay mətbəxində yeməklərin necə süfrəyə verildiyinə xüsusi diqqət ayırır, beləlıklə, Tay camaatı yeməklərin bəzədilməsinə çox fikir verir. Tərəvəz və meyvələrə naxış vurulması məhz burada çox populyardır.

Hind mətbəxi daha bir qabaqçıl və rənqarəng mətbəx hesab olunur. Sübhəsiz ki, o, dünyanın ən gözəl veqetarian yeməklərini təklif edir. Tipik hind yeməyi əsasən salat kimi qəlyanaltı, əsas yemək və tərəvəz və düyü ilə yeyilən çapati çörəkdən ibarətdir. Hind camaatın dediklərinə görə, yemək onların Allahları tərəfindən qöndərilən hədiyyədir və bu səbəbdən onun hazırlama prosesi çoxlu vaxt və diqqət tələb edir.

İndi isə biz bir çox qurmanlar tərəfindən dünyanın ən dadlı mətbəxlərin biri hesab edilən İtalyan mətbəxinə keçirik. Bizim eramızdan əvvəl dördüncü əsrdən başlanğıc götürən bəzi İtalyan yeməkləri haqqında məlumatımız var. Ətır gücləndirən inqrediyentlər arasında sarımsaq, zəfəran, oreqano, çaxır və zeytun yağı var. Yeməklər o qədər qəliz deyil, lakin buna baxmayaraq bizi qözəl ətir və müxtəliflik ilə valeh edir. O, günəş işığında yetişən təzə otlar, pomidor, bibər və soğanın dil ilə təsvir edilə bilməyən ətiri necə də gözəldir! Bundan əlavə, dünyanın ən ləzzətli ədviyyəli ətlərin bir çoxusu İtaliya günəşi şualarında qurudulur. İtaliyanın simvoluna çevrilən spaqetti və pitsa reseptlərindən mütləq yararlanın!

Növbəti dayanacağımız üçün qurmanlar tərəfindən dünyanın ən ləzzətli mətbəxi hesab edilən nəfis Fransız mətbəxini seçdik. Yemək orta Fransızın gündəlik həyatının ayrılmaz hissəsi olan elementi sayılır, beləliklə biz təəcüblənməməliyik ki, məhz Fransızlar savoir – vivre, yanı cəmiyyətddə özümüzü aparma sənətini yaradıblar. Fransızlar öz ölkələri və onun nemətlərini bütün dünyada tanıtmışdılar. Hətta ölkənin ən adi kulinar diletantı Fransanın ən məşhur yeməkləri olan tart, soğan supu və ya məşhur baqeti, hətta qurbaqa ayaqları,və ya müxtəlif reseptlərə uyğun hazırlanan ibliz yeməklər haqqında Sizə ətraflı məlumat verə bilər.

Yuxarıda sadaladığımız mətbəxlər kulinar səfərimizin yalnız başlangıcıdır. Sizi daha ləzzətli dayanacaqlar gözləyir. Burada dünya mətbəxlərin valeh edici yeməklərin bələdcisi də var. Hərdən bir yol boyu dayanmaq və seçdiyiniz mətbəxin ğözəl yeməklərindən dadmaq unutmayın.
NUŞ OLSUN!

Həmçinin oxuyun

Saytda daha çox