Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Əvvəlcə pomidorların qabığını soymalıyıq. Sadəcə bir az kəsib üstünə qaynar suyu tökmək lazımdır. Soymuş pomidorları doğrayırıq, və kəklikotu əlavə edirik. Hələlik onları kənara qoyuruq. İndi isə salo götürürük və onu dilimləyirik. Salonu tavaya qoyuruq və qızardırıq. Əmələ gələn yağda xırda doğranmış soğanı və dondurulmuş şampinyonları qızardırıq. Tavanı güclü odda isidirik, böyük parça kərə yağı qoyuruq və toyuq filesini 10-15 dəqiqə ərzində onda qızardırıq. Duz-istiot qatırıq, dəfnə yarpağı və qızardılmış soğan və göbələyi əlavə edirik. Həmçinin bir stəkan quru ağ şərab qatırıq. Sonda isə pomidorları əlavə edirik. Kiçik odda 15-20 dəqiqə ərzində pörtlədirik. Hazır yeməyi kahı yarpaqlarının üstünə düzürük, pomidorla bəzəyirik və dadlı və xeyirli şərabda bişirilmiş fehervar touyuğundan zövq alırıq.