Fitnes

14.09.2009
General fitness training works towards broad goals of overall health like reduce body fat etc.

Hər kəs biçimli bədən quruluşuna və yaxşı sağlamlığa malik olmaq istəyir. Fitnes məşğələləri arzularımızı həyata keçirməyə imkan yaradır, ancaq onlar bizim vaxtımızı və səyimizi tələb edirlər. Biz stol arxasında otura-otura heç nəyi dəyişə bilmərik, yaxındakı fitnes klubuna və ya idman zalına gedib dəyişməyə başlamağa isə dəyər.

“Fitnes“ termininə tərif vermək kifayət qədər çətindir

Biz onu “fiziki yararlılıq”, "yaxşı idman ustalığı" kimi izah edə bilərik. Fitnes sağlam qidalanmanı və fiziki fəallığını özündə birləşdirən həyat tərzidir. Fitnesin üsulları peşəkar idmançılar tərəfindən təqdim edilib və idman klublarında istifadə edilir. Aerobika məşqləri və ağır atletikanı düzgün qidalanma ilə özündə birləşdirən məşq növü fitnes adlandırıla bilər.

Fitnes məşqləri nədən ibarətdir?

Məşqlər aerobika ilə həm başlayır həm də bitir. Bu məşqlərə velotrenajor, qaçış yolu və s. daxil ola bilər. Onlar bədən piyinin miqdarını azaltmağa kömək edirlər.

Güc məşqləri. Ehtiyaclarınıza uyğun olan düzgün məşqlər kompleksi. Məşqçinizin köməyi ilə, siz müəyyən əzələlərinizi inkişaf etdirmək və ya möhkəmləndirmək üçün onları işləyə biləcəksiniz.

Düzgün bədən kütləsinin saxlanmasına yönəlmiş pəhriz.

Əgər sizin xüsusi ehtiyaclarınıza (çəkinin azaldılması, bədəninizə forma verilməsi, bodibildinq) yönəlmiş fərdi məşqlər keçirsəz, nəticələrə daha tez nail ola bilərsiniz.

Həmçinin oxuyun

Saytda daha çox