İtalyansayağı salat

15.05.2015

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!

Bonduelle dondurulmuş, bahar tər kökünün üstünə qaynar su töküb 3 dəqiqə gözlədirik. Onu soyuduruq və dilimlərə doğrayırıq. Qırmızı soğanı yarımhalqalara doğrayırıq, sonra ona alma sirkəsi və sudan ibarət olan marinad gəzdiririk. İndi isə ətirli sous hazırlayarıq. Yarım stəkan zeytun yağına 4 xörək qaşığı üzüm sirkəsi əlavə edirik, hərəsindən bir çay qaşığı şəkər, xardal, bir də xörək qaşığı quru oreqano (adi qaraqınıq) və ya reyhan qoyuruq və bütün bunları yaxşıca qarışdırırıq. Kərəviz saplaqlarını iri parçalara doğrayırıq, kökü, soğanı və mərcini əlavə edirik. Sous gəzdiririk və ənənəvi italyan resepti üzrə hazırlanmış dadlı və xeyirli italyansayağı salatdan zövq alırıq.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

İtalyansayağı salat

Həmçinin oxuyun

Saytda daha çox