Çəkini necə itirmək olar – rasionunuzda kalori azaltmaq üçün 5 məsləhət

31.01.2011

Əgər çəkini və qidanızda kalori miqdarını azaltmaq yolunu axtarırsınızsa, Bonduelle sizə nəzarət olunan pəhrizin köməyi ilə çəkini itirmək üçün 5 məsləhət təklif edir

1. Yavaş-yavaş yeyin və yeməyin hər bir parçasından həzz alın. Həzz siqnalı ancaq 20 dəqiqədən sonra beyinə çatır. Fikrinizcə sizə lazım olan porsiyalardan kiçik olan porsiyalar yeyin və və gündəlik kalori tələbatınızı yoxlayın.

2. Tez-tez yeyin. Beləliklə, bədəniniz enerjini saxlamağa cəhd etməyəcək və daha çox kalori yandıracaq. Yeməklər arasında yeməyə icazə verilir. Ancaq yadda saxlayın ki, yüngül qəlyanaltılarınız sağlam olmalıdır, onların ən yaxşısı tərəvəzlərdir.

3. Əgər siz kalorili yeməkləri xoşlayırsınızsa, şirin içkilərin istehlakını məhdudlaşdırın. Bədənlərimizi koka-kola, meyvə şirələri, kappuçino, qaslı içkilər və yoqurtların tərkibində olan həddən artıq kaloriyalar ilə doldururuq. Çoxlu su və şəkərsiz yaşıl çay için.

4. Hərəkət edin. Liftdən istifadə etməyin əvəzinə pilləkənlə qalxın. Avtomobilinizi evdə qoyun və sizə lazım olan yerdən bir dayanacaq qabaq avtobusdan düşün. Fiziki fəallıq həm fiqur, həm də sağlamlığınız üçün çox xeyirlidir.

5. Əgər fastfuddanşirin yüngül qəlyanaltılardan imtina edə bilmirsinizsə, onların istehlakını məhdudlaşdırın. Əgər siz hot doq yemişsinizsə, dondurma yeməyin. Sizin fikirləşdiyinizdən də təz gözəl fiqurunuzu bərpa edəcəksiniz.

Həmçinin oxuyun

Saytda daha çox