Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Bu pəhrizdə liflər çox, yağlar azdır. Tədqiqat göstərir ki, lif pəhrizin mühum hissəsidir.Hesablanıb ki, bizim hər gün azı 30 qr liflərə ehtiyacımız var. Artıq kiloqramlardan azad olmaq istəyirsinizsə, bu pəhriz sizin üçündür.
Liflərin günlük qəbulu 30 qr olmalıdır. Bu pəhrizdə gündəlik kalori qəbulu qadınlar üçün 1000-1250, kişilər üçün isə 1500-dür. Liflərin əsas mənbələri makaron və çovdar çörəyi, bişmiş kartof, mərcimək, qarğıdalı, salat, təzə və quru meyvələrdır.
Hər gün liflər qarışığı qəbul etməyi unutmayın: dənli bitkilər, qoz-fındıq və quru meyvələr. Bu bədəninizə 200 kkal və 15 qr lif verəcək.
Səhər yeməyi
½ porsiya liflərlə zəngin qarışıq
140 qr yağsızlaşdırılmış süd
Lanç
300 qr konservləşdirilmiş mərcimək supu
2 tikə liflərlə zəngin, üzərinə maya ekstraktı çəkilmiş fitnes çörəyi
Bir ədəd portağal
Nahar
Vəzəri və təzə otlarla bişmiş omlet
115 qr təzə və ya donmuş yaşıl noxud
Desert üçün 220 qr az şəkərli siropda şaftalı
Şam yeməyi
Lif qarışığının geriyə qalanı
140 qr süd
Armud və ya alma