Misir mətbəxi kifayət qədər orijinal, lakin bir qədər ağır hesab olunur. Bu səbəbdən turistlər onu adətən sevmir. Lakin şübhəsiz ki, o, bizim diqqətimizə layiqdir. Ənənəvi Misir xörəkləri ət, tərəvəzlər və düyüdən ibarətdir. Xörəklərə yağ, duz, istiot, soğan, sarımsaq və həmçinin zirə, şüyüd və ya nanə kimi ətirli göyərtidən əlavə olunur.
Səhər yeməyi və nahar vaxtı Misirdə adətən yaşıl şorba verilir. O, ispanağa bənzəyən
moloheja adlanan göyərtidən hazırlanır. Həmçinin içi doldurulmuş kələm yaqpaqlarına bənzəyən
mahszi adlanan xörək verilir. İç qoyulması mal əti, düyü və göyərtidən ibarətdir. Belə iç qoyulması müxtəlif yollarla bükülür.
Mahszi kromb üzüm və ya kələm yarpaqlarına bükülür. Həmçinin, pomidor (mahszi tomatom), tsukkini (machszi kusa) və badımcanın (mahszi bitengen) içi doldurulur. İçi doldurulmuş tərəvəzlər duxovkada bişirilir və hazır olan kimi süfrəyə verilir, çünki soyuyanda, xörək öz ətirini itirir. Səhər yeməyi vaxtı Misirlilər
taameia adlanan buterbrodlara oxşar yemək yeyirlər. O, iki tikə çörək arasına qoyulan katletdən ibarətdir. Təzə kahı yarpağı ilə yeyilən katlet paxla və ədvalı noxuddan hazırlana bilər. Başqa ənənəvi xörək
foul adlanır. O, üyüdülmüş və yağda qızardılmış lobyadan hazırlanır. Foul pita çörəyinə bənzəyən çörəyin arasına qoyulur. Bir çox Misir restoranlarında yağ, ət və ya yumurta ilə verilən müxtəlif növ taameja və foul xörəklərini görmək olar.
Torshiturşuya qoyulmuş tərəvəzlərdən hazırlanır. Misirdə pasta ilə çörək populyar qəlyanaltıdır. Burada müxtəlif çörək (
a'aish) növləri var. Onlardan biri boşqab kimi dayaz və yumru
a'aishbaladi çörəyidir. Həmçinin bizim bulkalarımıza oxşar
'aish fransawi’, yəni fransız çörəyi mövcuddur. Çörək süfrəyə t
ahina adlanan limon şirəli və sarımsaqlı küncüt sousu və ya badımcan, sarımsaq və cəfəri pastasından hazırlanmış babaqanuk sousu ilə verilir.
Misir pitsası
Misirlilərin fiteer adlanan öz pitsaları var. Fiteer yumşaq xəmirdən hazırlanır və sobada bişirilir. Belə pitsa müştəri pitsa inqrediyentlərini seçdikdən sonra onun yanında bişirilir. Pitsa üçün yumurta, pendir, müxtəlif ət növləri və tərəvəzlərdən istifadə edilir. İnqrediyentlər xəmirin içinə və ya üstünə qoyula bilər. Zövqünüzdən asılı olaraq, pitsa ədvalı və ya şirin ola bilər.
Əsrlər boyu hazırlanan şorbalar
Şorbalar Misirdə çox populyardır. Nahar vaxtı
moloheia və ya
ads adlanan qatı paxla şorbası verilir. Pomidor və ya badımcan kimi tərəvəzlər sarımsaqlı tomat sousunda qızardılır; makaron xörəkləri də, məsələn, beşamel sousu ilə ətli lazanya, çox populyardır. Veqetarianlılar musaka xörəyi seçə bilərlər. Musaka duxovkada bişirilən badımcan, pomidor, sarımsaq, duru yağ və ədvalardan hazırlanır.