"Pastel de çoklo" zapekankası

17.09.2014

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!

Bonduelle çərdəksiz qara zeytununun suyunu boşaldırıq. Mal ətini və toyuq filesini nazik-nazik doğrayırıq. İndi isə mal ətinə duz, sarımsaq, zirə, qara istiot qatırıq. Bitki yağında güclü odda 8 dəqiqə ərzində qızardırıq. Toyuqa ədviyyat qatırıq: duz, istiot vururuq. Ət qızararkən, qarğıdalını püre alınana kimi ətçəkəndən keçirin və ya blenderdə doğrayırıq. Alınmış kütləyə duz, bir az süd, Istiot və bir xörək qaşığı yağ qatırıq. Yaxşıca qarışdırırıq. İndi isə keramik kasaya kərə yağı çəkirik, bir qat qarğıdalı kütləsi, bir qat ət, bir parça toyuq, zeytunlar qoyuruq, üstünü isə qalan qarğıdalı ilə örtürük. 160 dərəcə isidilmiş sobaya 15 dəqiqəyə qoyuruq, sonra isə hərarəti 220 dərəcəyə gətiririk və 10 dəqiqə gözlədirik. Süfrəyə dərhal isti-isti veririk.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

Həmçinin oxuyun

Saytda daha çox