Pəhrizinizdəki şəkər

29.04.2015

Şəkər adətən səssiz öldürücü adlandırılır. O, bir çox məhsullar- meyvə suları, içkilər, şirniyyatlar və un məmulatlarında olur. Şəkərin immun sisteminə mənfi təsiri onun yeyilməsindən 30 dəqiqə sonra başlayır. Məsələn, şəkərlə zəngin pəhriz qanda şəkərin miqdarını artırır və bu, əhval dəyişikliyinə, çəki qazanılmasına, yorğunluğa, baş ağrısına, hormonal disbalansa və digər xoşgəlməz simptomlara səbəb olur.

Şəkər qidalandırıcı elementlər vermir, boş kalori qazandırır. Şəkərə olan istəyinizə qalib gəlsəniz, żalanslaşdırılmış enerji səviyyəsi, çəki itirilməsi, güclü immunitet və aydın düşünmə kimi faydaları görəcəksiniz.

Şəkər qəbulunu azaltmaq başlanğıcda mümkünsüz görünə bilər, amma, faktiki olaraq düşündüyünüzdən asandır. Sadəcə, bəzi məsləhətlərə əməl etməlisiniz. Snek, şirniyyat və ya şokolad istəsəniz, bunu təzə və ya qurudulmuş meyvələrlə əvəz edə bilərsiniz. Meyvələr də şirindir, lakin onlar dəyərli vitaminlərə, minerallara və liflərə malikdir. Həmçinin, rəngli içkiləri azaltmalısınız. Onları 100% -lik meyvə şirəsi, mineral su və ya çay ilə əvəz edin. Həmçinin, pəhrizinizdə şəkər əvəzinə təbii baldan istifadə edə bilərsiniz.

Pəhrizinizdəki şəkər

Pəhrizinizdə şəkəri azaltmaq immun sisteminizi möhkəmləndirəcək.

Qida piramidaları

Sağlam qidalanma ipuçları

Həmçinin oxuyun

Saytda daha çox