Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Konservləşdirilmiş Bonduelle ağ lobyasının suyunu boşaldırıq və qaba tökürük. Badımcan və yunan qabağlarını kublara, bibəri isə dilimlərə doğrayırıq. Dərin tavada zeytun yağını isidirik və qiyməni 5-7 dəqiqə onda qızardırıq. Zövqə görə duz və istiot qatırıq, və qabaqcadan bişirilmiş bir stəkan bulyonu, bibəri, badımcan və yunan qabağlarını, lobyanı, noxudu və öz suyunda pomidorları əlavə edirik. Quru otlar: oreqano (adi qaraqınıq), reyhan və rozmarin qatırıq, qapağı bağlayırıq və 15 dəqiqə ərzində pörtlədirik. Ənənəvi fransız resepti üzrə hazırlanmış Provanssayağı raqudan ləzzət alırıq.