Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Buğa vermə təkcə sağlam pəhriz həvəskarları üçün mükəmməl həll deyil. Bu metod, həmçinin sizə yemək bişirməyi asan edir və vaxtınıza qənaət edir. Buğa vermə ənənəvi bişirmə üsulundan daha tez olur. Misal üçün, ispanağın buğa vermə vaxtı 2 dəqiqə azdır, badımcanda isə bu 15 dəqiqə qənaət deməkdir.
Nə üçün bu belədir? Bu istilik ötürülməsi metodu və 120°C-dən artıq temperatur prosesi ilə müəyyən olunur. Həmçinin, buğa verilən yeməkləri mütəmadi qarışdırmaq lazım deyil və bu sizin vaxtınıza qənaət edir. Qısa bişirilmə vaxtı buğa verilən məhsulların qidalandırıcı elementlərinin itkisini azaldır.
Ənənəvi bişirmə 40% vitamin və mineral itkisinə səbəb olur. C vitamini üçün isə, bu rəqəm 70%-dir. Suda qaynadılan tərəvəzlər A vitamininin sadəcə 36%-ni, buğa verilənlər isə 62%-ni saxlayır. B qrup vitaminlər də, bişirilmə prosesi zamanı itkiyə məruz qalır.
Əylən və buradan yarat: Mətbəxinizdə hər gün tərəvəzlər