Bu sayt məlumatları saxlamaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz bu faylların istifadəsinə razılıq verirsiniz.
Qrildə hazırlanma
Tez-tez eşidirik ki, qrildə hazırlanmış qidalar sağlamlığa ziyandır. Lakin, düzgün qaydalara əməl etməklə bu formalı qidaların çoxlu üstünlükləri olur. Qidanı Qrildə hazırlamağın ən yaxşı tərəfi odur ki, ekstra yağ əlavə olunmur. Ət məhsullarının və tərəvəzlərin qrildə hazırlanması çox qısa vaxt alır ki, bu da qidanı dəyərli mineralların və vitaminlərin itirilməsindən qoruyur. Həmçinin, qrildə hazırlanmazdan qabaq qidanı duzlamaq lazımdır. Bir neçə vacib qaydalara əməl etməklə qrildə hazırlamaq daha təhlükəsizdir. Üzərində yemək hazırlanan buxarı barmaqlığı diqqətlə təmizlənməlidir. Yanmış yağ və əvvəlki qidadan qalmış qalıq zəhərli maddələrin mənbəyidir. Qrildə nəyi və necə qızartmaq da çox vacibdir. Soba bərabər şəkildə isinməlidir. Bunun üçün xüsusi növ kömürlərdən də istifadə etmək olar.
Qızartma
Sobada hazırlanma hərarətlə emalın daha bir növüdür. Bu adətən 160-250°C arası temperaturda baş verir. Münasib temperaturun seçilməsi məhsulun tipindən asılıdır və yeməyin keyfiyyətinə təsir edən əsas faktordur. Yeməyi yaxşı hazırlamaq üçün, ərzağın növündən asılı olaraq bir neçə dəqiqədən 3-4 saata qədər vaxt tələb olunur. Yüksək temperatur ərzağın tərkibindəki proteinin və nişastanın həzmini asanlaşdırır. Qidanın xarici hissəsində (bu yüksək temperaturun təsirindən olur) xüsusi dad və ətir formalaşır. Bu maddələr, çox miqdarda qəbul olunarsa, bir çox xəstəliklərə, eləcə də xərçəngə yol açır. Buna görə də, sobada hazırlanma zamanı qidanı yandırmamağa diqqət etməliyik.