Satışda yaşıl, açıq bənövşəyi və ağ qulançar olur. Bu müxtəlif işıqlandırma ilə becərilən eyni bitkidir. Yaşıl qulançar açıq günəşin altında, ağ qulançar yerin altında, bənövşəyi isə yerin altından başını bir az çıxarır.
Qulançarı necə yeməli? Qulançar çiy, buxarda hazırlanmış, qaynadılmış, qızardılmış, qovurulmuş halda və yaxud da qızartma yeməklərə və ya salatlara əlavə olunaraq yeyilə bilər. Qulançarı bişirmək üçün xüsusi qablar satılır. Lakin bu qablar olmadan da onu bişirmək mümkündür. Qulançarı gözəl şəkildə bişirməyin sirri onu “qısa müddətə bişirmək”dir.